Tələblər

Jurnalda dərc olunan məqalələrin tərtibatına dair tələblər

Dərc olunacaq məqalə redaksiyaya həm kağız, həm də elektron formada təqdim olunmalıdır.

Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

1. Məqalə Azərbaycan, rus və ingilis dillərindən birində hazırlanmalı, məqalənin adı, xülasə və açar sözlər hər üç dildə təqdim olunmalıdır.

2. Məqalə Microsoft Word mətn redaktorunda A4 formatında (soldan – 2 sm., yuxarıdan, aşağıdan və sağdan – 2,5 sm.), Times New Roman şrifti ilə 14 pt. ölçüdə, vahid sətirarası intervalla və mətn daxili yazıda 1,5 sm. abzas buraxmaqla hazırlanmalı və 10 səhifədən artıq olmamalıdır.

3. Məqalənin mətninin aşağıdakı bölmələrdən ibarət olması tövsiyə olunur:

• Giriş (məsələnin aktuallığı, problemin hazırkı vəziyyəti)

• Tədqiqatın məqsədi, məsələnin qoyuluşu

• Məsələnin həll üsulları və aprobasiyası

• Alınan nəticələrin təsviri

• Nəticə

4. Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: UOT – soldan, qalın şriftlə, sonda 6 pt. interval; müəlliflərin soyadı və inisialları – soldan, kursiv və qalın şriftlə; müəlliflərin iş yeri, şəhər, ölkə və e-poçt ünvanı – soldan, sonda 6 pt. interval; məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt. interval; xülasə (mətn təqdim olunan dildə) – kursivlə, sonda 6 pt. interval; açar sözlər – kursivlə, sonda 6 pt. interval; giriş və digər alt başlıqlar – soldan, qalın şriftlə, əvvəlində və sonunda 6 pt. intervalla.

6. Ədəbiyyat siyahısından sonra məqalənin hazırlandığı dildən fərqli digər 2 dildə müəllifin soyadı, adı, atasının adı, məqalənin adı, xülasə və açar sözlər təqdim olunur.
7. Məqalədə cədvəl və şəkillər nömrələnir: cədvəl – cədvəlin yuxarısında, sağdan (məs., cədvəl 1.), şəkil – şəklin altında, ortadan (məs., şəkil 1.) və mətn hissədən (yuxarıdan və aşağıdan) 1 boş sətir buraxmaqla göstərilməlidir.

8. Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılır. Mətndə ancaq istifadə olunan düsturlar nömrələnir. Düsturun nömrəsi sağda mötərizədə yazılır.

9.Məqalə göndərildikdə müəlliflər haqqında məlumat: soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi rütbəsi, iş yeri, vəzifəsi, telefon nömrəsi, müəllifin şəkli (300x300), e-mail ünvanı da təqdim olunmalıdır.

10. Məqalədə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır.

 Müəllifin tələbi:

- Ad
- Soyad
- Telefon
- E-mail
- Fesbook url (profil),
- İnstaqram url (profil)
- tvitter url (profil)
- youtube url (profil)
- Foto (300X300)

Digər jurnal və qəzetlər