AĞIL ZƏİFLİYİ OLAN QIZLARDA CİNSİ İNKİŞAFIN XÜSUSİYYƏTLƏRİ

14-05-2009

Cinsi inkişaf dövrü qadın orqanizminin qurulması və inkişafı üçün mühüm dövrdür. Bu dövrün gedişinin əsasını fiziki inkişaf daxil olmaqla II-li cinsi əlamətlərin və menstrual funksiyanın formalaşması təşkil edir. Hamiləliyin gedişatının xüsusiyyətləri, o cümlədən dölə təsir edən pataloji amillərin, irsi meylli xəstəliklərin, xroniki xəstəliklərin olması və onların kəskinləşmə tezliyi reproduktiv funksiyanın formalaşması prosesinə təsir göstərir və müxtəlif qrup qızlarda cinsi inkişaf dövrünün gedişatını müəyyən edir. (1;2;3;5;)

Ədəbiyyat məlumatlarına görə yeniyetmə qızların menstrual tsiklinin pozulması 50% hallarda menarxe vaxtı yuvenil uşaqlıq qanaxmaları şəklində, 23% xroniki iltihabı proseslərin kəskinləşməsi fonunda və yaxud kəskin respirator virus infeksiyası fonunda özünü göstərir. (4;6;7;) Elmi tədqiqatlar əsasında müayinə olunan qızlarda 93% xroniki ekstragenital xəstəliklərin olması, bunların 40%-də 2 və daha çox somatik xəstəliklərin olması müəyyən olunur. Müəyyən olunmuşdur ki, 60% qızlarda həzm sistemi orqanlarının patologiyası, 47%-də vegetativ-damar distoniyasının olması, 52% qızlarda qalxanvari vəzin patologiyası, 25%-də LOR orqanlarının xroniki patologiyaları müşahidə olunur. Xroniki xəstəliklər fonunda cinsi yetişkənlik dövrünün daha çox rast gəlinən patologiyası cinsi inkişafın ləngiməsidir, bu da klinikada II-li cinsi əlamətlərin inkişafının birinci, ikinci dərəcəli ləngiməsilə, astenik bədən quruluşu ilə sümük yaşının pasport yaşından 1-2 il dala qalması ilə özünü biruzə verir. (8;9)

Cinsi yetişkənlik dövründə olan qızların müayinəsi zamanı onlarda bir sıra xəstəliklərin yüksək tezliyi qeyd edilmişdir. Qızların 70%-də ürək-damar sisteminin, mərkəzi sinir sisteminin, repsirator sistemin, həzm sisteminin müxtəlif xroniki xəstəliklərinin olması aşkar olunmuşdur. Hər 3 qızdan birində menarxenin ləngiməsi ilə özünü biruzə verən cinsi inkişafın pozulması qeyd olunur. Müəyyən olunmuşdur ki, uşaqlarda ginekoloji xəstəliklərin yayılma tezliyi 300:1000 nisbətindədir. (6).

Yeniyetmələrin fiziki, psixi, cinsi inkişafının xüsusiyyətlərinə dair çoxsaylı elmi işlərin aparılmasına baxmayaraq, psixi inkişafı geri qalan uşaqların cinsi yetişkənlik dövrünün xüsusiyyətləri barədə məlumat demək olar ki yoxdur. Xüsusilə də, müxtəlif formalı intellektual çatışmamazlığı olan uşaqların fiziki inkişafının xüsusiyyətləri, II-li cinsi əlamələrin əmələ gəlmə mərhələsi, menstruasiya funkiyası, cinsi yetişkənlik dövrünün patologiyalarının tezliyi haqqında öyrənilməmişdir.

Yuxarıdakıları nəzərə alaraq tədqiqatın məqsədi təyin olunmuşdur: ağıl zəifliyi olan qızlarda cinsi inkişafın xüsusiyyətlərinin öyrənilməsidir.

Məqsədə uyğun olaraq müxtəlif dərəcəli ağıl zəifliyi olan 115 qız üzərində müayniə aparılmışdır. Klinik material toplanması Bakı şəhərində Nəsimi rayonu 11 saylı, Nizami rayonu 3 saylı yardımçı məktəblərdən, Sabunçu rayonu 11 saylı internat məktəbdən və müəyyən hissəsi 1 N- li Psixiatriya xəstəxanasının uşaq şöbəsindən toplanmışdır. Qızları müayinə etmək üçün Azərbaycan Respublikası Təhsil nazirliyindən və qızların valideyinlərindən icazə alınmışdır.

Anamnez yığarkən, uşaq infeksiyaları daxil olmaqla, keçirilən xəstəliklər, fiziki inkişafın vəziyyəti, menstrual funkiyanın formalaşması, valideynlərin sağlamlıq xüsusiyyətləri öyrənilmişdir. Anamnez yığmaq üçün valideyinlərlə dəfələrlə söhbət aparılmışdır, tibbi müayinə kartalarından istifadə edilmişdir. Eyni zamanda anamnezin yığılmasında yardımçı məktəblərdə və internat məktəblərdə işləyən müəllimlərin, tibb bacılarının da köməyi olmuşdur. Müxtəlif dərəcəli ağıl zəifliyi olan uşaqlarla, xüsusilə internat məktəblərdə oxuyan uşaqlarla uzun müddət ünsiyyətdə olduqları üçün müəllimələr və tərbiyəçilər qızların cinsi, psixi, fiziki inkişafının xüsusiyətləri haqqında hərtərəfli məlumat verirdilər.

Müayinə olunan qızların hamısında boy-çəki daxil olmaqla, antropometrik göstəricilər, döş qəfəsi çevrəsi, qolların açılmış vəziyyətində olan məsafə və aşağı ətrafların uzunluğu, çiyinlərin eni, çanağın xarici ölçüləri öyrənilmişdir. Eyni zamanda bütün qızlarda hemodinamik göstəricilər: arterial təzyiq və nəbz yoxlanılmışdır.

Tədqiqat zamanı bütün müayinə olunan qızların cinsi yetişkənlik dövrünün xüsusiyyətləri öyrənilmişdir. Bu məqsədlə Tanner İ. şkalasına əsasən süd vəzilərinin inkişaf əlamətləri (Ma), qoltuqaltı tüklənmə (Ax) və qasıq tüklənməsi (P) qiymətləndirlimişdir. Eyni zamanda aybaşı funksiyasının formalaşması təyin edilmişdir.

Təyin olunan yarımqruplarda alınan nəticələr cədvəl 1-də göstərilmişdir

 

Cədvəl 1

Ağıl zəifliyi olan qızlarda II li cinsi əlamətlərin inkişaf xüsusiyyətləri (m±Se)

 

Tədqiq olunan parametrlər

9-11 yaş

(n=23)

12-13 yaş

(n=22)

14-16 yaş

(n=27)

17-19 yaş

(n=23)

P

1

2

3

4

Süd vəziləri (Ma)

0,36±0,19

(0-3,0)

1,35±0,23

(0-4,0)

2,5±0,24

(1,0-5,0)

3,06±0,28

(1,0-5,0)

P1-2<0,05;

P2-3<0,05;

P3-4>0,05;

Qoltuqaltı tüklənmə (Ax)

0,23±0,15

(0-3,0)

0,91±0,18

(0-3,0)

2,69±0,20

(0-4,0)

2,71±0,29

(0-4,0)

P1-2<0,05;

P2-3<0,05;

P3-4>0,05;

Qasıq tükənməsi (P)

0,36±0,19

(0-3,0)

1,33±0,20

(0-3,0)

3,1±0,25

(0,-5,0)

3,0±0,36

(0-5,0)

P1-2<0,05;

P2-3<0,05;

P3-4>0,05;

Menarxe (Me)

0,10±0,06

(0-1,0)

0,14±0,1

(0-2,0)

1,85±0,16

(0-3,0)

2,13±0,24

(0-3,0)

P1-2>0,05;

P2-3<0,05;

P3-4>0,05;

 

Cədvəl 1-dən göründüyü kimi 9-11 yaşlı əqil zəifliyi olan qızlarda süd vəzilərinin inkişafının olmaması, qoltuqaltı və qasıqüstü tüklənmənin əksər hallarda olmaması təyin edilmişdir. Alınan nəticələr Mustafayeva İ.R. (2009) Naxçıvan şəhərində qızlarda cinsi yetişkənlik dövründə reproduktiv funksiyanın formalaşmasının xüsusiyyətlərini öyrənərkən alınan nəticələrlə müqayisə olunmuşdur. Mustafayeva İ.R-ya görə 10-11 yaşlı qızlarda süd vəzilərinin inkişafının II mərhələdə təyin olunması (1,71±0,29); qoltuqaltı və qasıqüstü tüklənmənin I mərhələsi təyin olunmuşdur. Müəllifin aldığı nəticələrə görə, süd vəzilərinin və gilənin qabarıq olması, gilə ətrafı sahənin böyük olması qeyd olunur. Qoltuqaltı və qasıqüstü nahiyədə tüklərin olmaması təyin edilmişdir. Bizim nəticələrə görə bu yaşda ağıl zəifliyi olan qızlarda süd vəzilərinin, qoltuqaltı və qasıqüstü tüklənmənin inkişafının olmaması təyin edilmişdir.

Apardığımız tədqiqatda 12-13 yaşlı qızlarda süd vəzilərinin I mərhələdə olması və eyni zamanda qoltuqaltı və qasıqüstü nahiyədə tüklənmənin I mərhələdə olması təyin olunmuşdur. Bu da yalnız gilənin böyüməsi və qoltuqaltı, qasıqüstü nahiyədə tüklərin olmamasını əks etdirir. Anoloji göstəricilərin Mustafayeva İ.R.-nın bu yaşlı qızlarda cinsi inkişafın fizioloji gedişatının əticələri ilə müqayisədə nəzərə çarpacaq dərəcədə geri qalması müşahidə olunmuşdur. Fizioloji göstəricilərə görə 12-13 yaşlı qızlarda süd vəzilərinin inkişafının II mərhələsi və qoltuqaltı, qasıqüstü nahiyənin I-II mərhələsi təyin edilir. Bu mərhələlərə görə 12-13 yaşlı qızlarda süd vəzilərinin və gilənin qabarması, gilətrafı sahənin diametrinin böyüməsi, qoltuqaltı nahiyədə tək-tək, düz tüklərin olması, qasıqüstü nahiyədə isə tək-tək uzun tüklərin və yaxud azca qıvrım tüklərin olması qeyd olunur. Beləliklə, ağıl zəifliyi olan 12-13 yaşlı qızlarda süd vəzilərinin inkişafında yalnız gilənin böyüməsi və əksər hallarda qoltuqaltı, qasıqüstü nahiyədə tüklərin olmaması müşahidə olunur.

Aparılan tədqiqat nəticəsində 14-16 yaşlı qızların cinsi inkişaf xüsusiyyətlərini öyrənərkən müəyyən olunmuşdur ki, süd vəzilərinin əksər hallarda II-III mərhələdə olması, qoltuqaltı tüklənmənin II-III mərhələdə, qasıqüstü tüklənmənin III mərhələdə olması təyin edilmişdir.

Bu qızlarda süd vəzisinin və gilətrafı sahənin böyüməsi, gilətrafı sahənin və gilənin II təpəciyinin formalaşması müşahidə olunmuşdur (P<0,05). Qoltuqaltı çuxurda qıvrım tüklərin olması, qasıq nahiyəsində qara, kobud tüklərin yayılması müşahidə olunurdu. Eyni zamanda bu qızlarda aybaşının formalaşması təyin edilmişdir. Qızlarda əksər hallarda qeyri-requlyar, ağrılı aybaşı qeyd olunmuşdu və aybaşının qeyri-müntəzəmliyi təyin edilirdi. Bu da ağıl zəifliyi olan qızlarda əksər hallarda narahatlıq, qorxu, vəziyyətin qeyri-stabilliyi, sakitləşdirici və ağrıkəsici preparatlardan istifadə olunmasına gətirib çıxarırdı. Bu yaşlı qızların aybaşı zamanı məktəbə getməməsi və evdə olması üstünlük təşkil edirdi.

14-16 yaşlı ağıl zəifliyi olan qızlarda II cinsi əlamətlərin nəticələri Mustafayeva İ.R-nın (1) nəticələri ilə müqayisədə bu qızlarda əksər hallarda aybaşı funksiyasının formalaşmaması müşahidə olunurdu. Cinsi inkişafın fizioloji gedişatında qızların 14-15 yaşında aybaşı funksiyasının formalaşması, müntəzəmliyi təyin edilmişdir. Ağıl zəifliyi olan qızlarda isə əksər hallarda aybaşı qeyri-müntəzəm olmuşdur.

17-19 yaşlı qızlarda cinsi əlamətlərin inkişafını müşahidə edərkən süd vəzilərinin II-III inkişaf mərhələsi, qoltuqaltı tüklənmənin II-III inkişaf mərhələsi, qasıqüstü tüklənmənin III mərhələsi və aybaşı funksiyasının formalaşmasının III mərhələsi təyin edilmişdir. Alınan nəticələr Martış N.S i soavt. (5;6;) nəticələri ilə müqayisədə təyin olunmuşdur ki, süd vəzilərinin bir qədər inkişafdan qalması müşahidə edilir.

Qeyd emək lazımdır ki, bu yaş qrupda cinsi inkişafın, II-li cinsi əlamətlərin bir qədər inkişafdan qalması fiziki inkişafın ləngiməsi fonunda müşahidə edilirdi. Müayinə olunan bu qızlarda 23 qızdan 13-nün (56%) fiziki və cinsi inkişafının ləngiməsi qeyd olunurdu.

Beləliklə, süd vəzisi və gilənin qabarıqlığı, giləətrafı sahənin diametrinin böyüməsi və eyni zamanda süd vəzisinin böyüməsi müşahidə olunurdu. Qoltuqaltı tüklənmənin inkişaf mərhələsi bir qrup qızlarda qoltuqaltı çuxurda tək-tək, düz tüklərin olması və digər qrup qızlarda isə qoltuqaltı çuxurda qıvrım tüklərin olması müşahidə olunurdu.

Aybaşı funksiyasının formalaşmasını müşahidə edərkən təyin olunmuşdur ki, aybaşının əksər hallarda qeyri-requlyar olması müşahidə olunurdu.

Beləliklə, aparılan tədqiqat nəticəsində təyin edilmişdir ki, ağıl zəifliyi olan qızlarda fiziki inkişafın ləngiməsi fonunda cinsi inkişafın ləngiməsi müşahidə olunurdu. 14-16 yaşlı qılzarda isə II li cinsi əlamətlərin inkişafı fonunda aybaşı funksiyasının ləngiməsi qeyd olunurdu.

 

ƏDƏBİYYАT - LİTERАTURАREFERENCES:

 

1.Mustafayeva İ.R. Naxçıvan şəhəri şəraitində qızlarda cinsi yetişkənlik dövründə reproduktiv funksiyanın formalaşmasının xüsusiyyətləri. – t.e.n. dis. aftoreferatı. – Bakı. – 2009. – 20 səh.
2.Boqdanova E.А. Qinekoloqiə detey i podrostkov/M., Mediüinskoe informaüionnoe aqentstvo, 2004, 302s.
3.Qurkin Ö.А. Qinekoloqiə podrostkov. Ruk-vo dlə vraçey. Sankt-Peterburq. Foliant, 2000. –574s.
4.Kokolina V.D. Qinekoloqiə detskovo vozrasta. – M. – Medpraktika. – 2003. – 267s.
5.Martış N.S. Klinika gxoqrafiçeskie aspektı naruşenii polovoqo razvitiə i anomaliy razvitiə matki i vlaqaliha// Ulğtrazvukovaə diaqnostika. – 1999. – №1 – s 589 – 631
6.Martış N.S. Kuzneüova M.İ., Kulakov V.İ. Ulğtrazvukovaə dioqnostika v qinekoloqii detskoqo i podrostkovoqo vozrasta. – M. – Mediüina. – 1994. – 113s.
7.Fatalieva L.M., Аlieva G.M., Mustafaeva İ.R., Gfendieva А.Q. Klinikodiaqnostiçeskie priznaki u devoçek/Prof. Əfəndiyev N.Ə. 80 illik yubileyə həsr olunmuş elmi-praktiki konfransın materilları. – Bakı. – 2004. səh 56–58
8.Herman – GiddensM.E., Slora E. Secondary sexual characteristics and menses in young girls Sun in office practice: A study from the pediarric Research in office settings network. – Pediatrics. – 1997. vol.99. – №4 – p.505–512.
9.Leung K.C., Johansson G., Leong G.M. Estrogen regulation of gowth hormone action. – Endocr Rev. 2004. – vol.25. –№5. – r.693–721.


Müəlliflər:
А.С. İsmayılov
E.M. Əliyeva

Digər jurnal və qəzetlər