TRANSGLOTTIK OLARAQ YAYILMIŞ QIRTLAQ XƏRÇƏNGİNDƏ BOYUN DİSEKSİYASI VƏ RADYOTERAPİYANIN MÜALİCƏVİ ƏHƏMİYYƏTİ

26-03-2009

Tibbi texnikanın sürətli inkişafı hər nə qədər qırtlaq xərçəngi xəstələrində erkən diaqnoza imkan versə də, xəstəliyin özünəməxsus yayılım sürəti və agressif xarakteri hələ də bu mövzuda görüləcək cox iş olduğunun xəbərçisidir. Belə ki, transglottik olaraq yayılan qırtlaq xərçəngində sadəcə tutulan organı müalicə etmək yetərli olmamaqda, boyun diseksiyası və radyoterapiyadan da istifadə etmək ehtiyacı əmələ gəlməkdədir. Bütün bunlar pasientlərin xəstəliksiz yaşama müddətini artırmağa xidmət etməkdədir. Bu çalışmanın məqsədi Ankara Universiteti Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyəsi şöbəsində müalicə edilərək təqib edilən xəstələrdən əldə ettiyimiz nəticələrin, bu mövzuda dərc edilmiş elmi məqalələr ilə qarşılaşdıralaraq tibbi mətbuata təqdim edilməsidir.

Material və metodlar.Ankara Universiteti Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyəsi şöbəsində 1985-2008`ci illər arasında müalicə edilən transglottik olaraq qırtlaq tutulumu olan qırtlaq xərcəngli xəstələrin məlumatları retrograd olaraq dəyərləndirildi. Dəyərləndirmə əsnasında  xəstəliyin qırtlağın hansı səviyyəsini tuttuğu, boyun diseksiyası tətbiqi, əməliyyat sonrası radyoterapiya müalicəsi tətbiqi və xəstələrin müalicə sonrası yaşama müddəti dəyərləndirilmişdir.  Çalışmaya sadəcə qırtlağı transglottik olaraq tutulan xəstələr daxil edilmişdir.

MübahisəXəstəxanamızda diaqnoz təyin edilərək müalicə edilən qırtlaq xərçəngli xəstələr arasında 35 xəstə ilə qrubun 5.3 faizini transglottik yayılımı olan xəstə qrubu təşkil etmişdir.

Bu qrupta olan xəstələrdən 1 nəfər CO2 lazer laringeoktoniya edilən xaric, digər bütün xəstələrə total laringoektomiya əməliyyatı tətbiq edilmişdir. Supraglottik və glottik səviyyərdə yerləşən xəstəliklərin əksinə, transglotttik yayılımlı xərçəng xəstəliyi olan pasientlərdə diaqnoz zamanı xəstəlik dərəcəsinin ümumiyyətlə irəliləmiş olduğu təyin edilmişdir. Tibbi məqalələrdə də bu faizlər fərqli bildirilsə də nispət həmişə qorunmuşdur (3,8,4).

Transglottik yayılımı olan xəstələrdə boyun diseksiyası tətbiq edilən qrubun xəstəliksiz yaşama müddəti, boyun diseksiyası edilməyən qruba görə daha yüksək təyin edilmişdir. Bu nispət əməliyyat sonrası radyoterapiya verilən xəstələrdə də müsbət yöndə qorunmuşdur (Tablo 1).

Tablo 1. 

Transglottik yayılımı olan   xəstə qrubuna boyun diseksiyası tətbiqi və əməliyyat sonrası radyoterapiya müalicələrinə görə təsnifatı

BOYUN DİSEKSİYASI ( - )

XƏSTƏ  SAYISI

XƏSTƏLİYƏ BAĞLI ÖLÜM

SÖRVİ %

postop RT verilməyən

3

2

33.3

postop RT verilən

2

1

50.0

TOPLAM

5

3

60.0

BOYUN DİSEKSİYASI (+)

 

 

 

postop RT verilməyən

3

1

66.7

postop RT verilən

5

0

100

TOPLAM

8

1

87.5

RT- radyoterapiya

 

Həmçinin bu grup xəstələrdə T fazasının artışı ilə xəstəliksiz təqib müddəti arasında tərs tənasüb təyin edilmışdir.

Elektif olaraq; 3 bilateral FBD, 3 ipsilateral RBD və 8 ipsilateral FBD olmaq üzrə transglottik sahəyə yayılan qırtlaq xərçəngi olan xəstələrə 14 elektif boyun diseksiyası tətbiq edilmiş və bunların 3’ünde (%21.4) metastaz təyin edilmişdir. (Tablo2 )

Ümumiyyətlə tibbi literaturaya müraciət edildikdə də kliniki olarak təmiz olan boyunlarda da elktif boyun diseksiyasına üstünluk verildiyi təyin edilmiştir. (5,6,7)

Tablo2.

Transglottik  sahə şişlərinintətbiqedilənlaringeoktomiyavə boyundiseksiyanövlərinə görə təsnifatı.

 

TOLL

TL

TOPLAM

BD (-)

-

7

7

Bilateral FBD

-

6

6

İpsilateral FBD

-

8

8

İpsilateral RBD

1

2

3

RBD+FBD

-

0

0

TOPLAM

1

23

24

           TOLL- transoral lazer larigoektomiya                                      TL- total larigoektomiya                                                      

           FBD- funksiyonal boyun diseksiyası                                         RBD+FBD - ipsilateral RBD+ qarşı FBD                           

           RBD- radikal boyun diseksiyası                                                BD(-) - boyun diseksiyası edilməyən         

 

Qırtlağın digər səviyyələrini tutan qrup ilə qarşılaşdırıldıqda transglottik yayılımı olan xəstələrin xəstəliksiz yaşama müddəti 76.5  ilə ən düşük faiz olaraq hesablanmışdır.

Nəticə

Xəstəliksiz yaşama müddətinin boyun diseksiyası və radyoterapiya verilmiş larengoektomiyalı xəstələrdə daha yüksək təyin edilməsi, diaqnoz vaxtında kliniki olaraq boyunda metastatik limfa nodulu olmasa belə elektif boyun diseksiyasının kliniki olaraq təyin ediləbilməyən metaztazların aşkar edilməsində və bunun sayəsində də boyuna radyoterapiya tətbiqinə göstərici faktor olmasına xidmət etməkdədir. Qırtlaq xərçəngi olan pasientlərdə xəstəliyin transglottik olaraq yayılmış olması halında xəstəyə laringoektomiya ilə bərabər kliniki olaraq təmiz qəbul edilən boyunlarda belə boyun diseksiyasının iki tərəfli edilməsi xəstəlik müalicəsinin tam mənası ilə tamamlanmasına xidmət edəcəkdir.

Bu mövzuda daha geniş xəstə qrupları üzərində araştırmalara ehtiyac vardır və belə araştırmalar sayəsində daha dəqiq rəqəmlər bu mövzunun ciddiyətinə diqqət çəkəcəkdir. Eyni zamanda genetik faktırların da xərçəng xəstəliklərindəki rolu təyin edildikcə alternatif olaraq gen müalicələri və diaqnoz ərəfəsində xəstəlik agressifliyini təyin edcek metodların kəşfi müalicə axışını dəyişdirəbiləcəkdir. (2,1)

  

ƏDƏBİYYАT - LİTERАTURАREFERENCES:

 

1. Allegra E, Baudi F,La Boria A, et al: Multiple head and neck tumours and their genetic relationship. Acta Otorhinolaryngol İtal. 2009 Oct; 29(5): 237-41

2. Arıcan A, Dinçol D, Akbulut H, Sak S, Altuntaş F, Dursun G, Yavuzer Ş: Correlation between serum p53 antibody and tissue mutant p53 in lung and larynx cancers. Thirty-seventh Annual Meeting of American Society of Clinical Oncology. Proc Am Soc Clin Oncol 2001;20:263b

3. Carenfelt C, Eliasson K. Cervical metastases following radical neck dissection that preserved the spinal accessory nerve. Head Neck Surg. 1980 Jan-Feb;2(3):181-4.

4. Dursun G: 1985- 1990 yılları arasında kliniğimizde ameliyatla tedavi edilen larenks kanserli hastalarda elde edilen sonuçlar. Uzmanlık tezi. 1990.

5. Keser R, Demireller A, Yorulmaz İ, Dursun G: Larenks kanserlerinde fonksiyonel boyun diseksiyası (142 olguda 5 yıllık      sonuçlar ). XXI. Ulusal Türk Otorinolarengoloji Kongresi, Kongre Kitabı. 1994; 656-661

6. Konsulov SS, Yovchev IP, Doikov IY, Pazardjikliev DD: Selective neck dissection in treatment of node-positive neck cases. Folia Med (Plovdiv). 2001;43(4):27-9.

 7. Mehdiyev H: 1985- 2008 yılları arasında kliniğimizde ameliyatla tedavi edilen larenks kanserli hastalarda elde edilen sonuçlar. Uzmanlık tezi. 2009.

8. Welsh LW, Welsh JJ, Rizzo TA Jr: Laryngeal  spaces and lymphatics: current anatomic concepts. Ann Otol Rhinol Laryngol Suppl. 1983 Jul-Aug;105:19-31.


Müəlliflər:
H. Mehdiyev
Gürsel Dursun
M.K. Gökcan
Mahmut Demirtaş

Digər jurnal və qəzetlər