UŞAQLARDA QƏBİZLİYİN MÜALİCƏSİNDƏ LAKTULOZA PREPARATININ EFFEKTİVLİYİ.

20-10-2015

      Qəbizlik bir çox illərdir ki, müasir terapevtik qastroenterologiyanın aktual problemi olaraq qalır və ildən-ilə uşaq xəstəlikləri arasında artmaqdadır. Aparılan epidemioloji tədqiqatlar göstərir ki, 1999-2009-cu illərdə uşaq xəstəlikləri arasında yayılmasına görə 0,7-34% təşkil etmişdir (1).  95% hallarda funksional xarakter daşıyır (2). 2006-cı ildə qəbul edilmiş Rim kriteriyalarına əsasən, 4 yaşdan 18 yaşa qədər olan uşaqlarda, 6 ay ərzində həftədə 3dəfə defekasiya aktı baş verməzsə, nəcis bərk möhtəviyyat şəklində olarsa, funksional-xroniki qəbizlik adlanır.
      Hazırki dövrə qədər qəbizliyin dəqiq klassifikasiyası olmadığına görə,  pediatrlar arasında qəbizlik diaqnozunun qoyulmasında defikasiya aktının sayı əsas götürülür. Lakin müasir şəraitdə belə hesab etmək olmaz. Bu problemin əsas həlli qəbizliyin müasir klassifikasiyasının hazırlanmasıdır. Çox vaxt Н.Л. Куш (1976) tərəfindən yazılmış klassifikasiya əsas götürülür- alimentar, funksional və üzvi qəbizlik. 1994-cü ildə A.И. Xавкин uşaqlarda xroniki qəbizliyin təsnifatını təqdim etmişdir. Bu təsnifata əsasən qəbizlik gedişinə görə, əmələgəlmə mexanizminə görə, gedişinin dövrlərinə görə (konpensə, subkompensə, dekompensə olunmuş) etioloji və patogenetik əlamətlərinə görə təsnif olunmuşdur.
      Hər bir həkim-pediatr öz gündəlik işində qəbizliyin müxtəlif formaları ilə rastlaşa bilər. Ona görə də düzgün anamnez toplanılmalı və anamnezin əsasında uşağa müalicə taktikası seçilməlidir. Lakin çox zaman həkimlər belə uşaqlardan dəqiq anamnez toplamırlar və onları cərraha yönəldirlər. Qəbizlik simtomu ilə irriqoqrafiyaaparılmış uşaqların 78%-in də rentgenoloji müayinənin cavabı dolixosiqma, meqadolixosiqma və ya dolixokolon olur.Bundan belə nəticəyə gəlmək olar ki, bu uşaqların hamısında qəbizlik orqanizmin anatomik quruluşu ilə əlaqədardır. Belə halda qəbizliyə səbəb çanaq əzələlərinin disfunksiyası da ola bilər (4).

Uşaqlarda qəbizliyin kompleks müalicəsi necə aparılmalıdır:

     İlk növbədə işlədici dərman preparatlarının istifadəsi düzgün aparılmalıdır. Eləcə də bu preparatlardan istifadə edərkən, onların verdiyi effektlərlə yanaşı baş verə biləcək fəsadlarda nəzərə alınmalıdır. Ona görə də, zəif absorbə edici preparatlardan, polisaxaridlərdən, simbiotiklərdən, eləcə də bağırsaq möhtəviy-yatını çoxaldan maddələrdən və makroqollardan geniş istifadə olunmalıdır (5).
     Laktuloza tərkibli dərmanlar uşaqlarda qəbizlik zamanı istifadə olunan əsas preparatdır.Bu preparat 1959-cu ildən uşaqlarda qəbizliyin müalicəsində geniş istifadə olunur. Laktuloza oliqosaxaridlər sinfinə, disaxaridlər yarımqrupuna aiddir, onun molekulu qalaktoza və fruktoza qalıqlarından ibarətdir. Laktuloza metabolizmə uğramır,nazik bağırsaqda absorbə olunmur (6). Çünki fermentlər qalaktoza və fruktoza molekulları arasında olan əlaqəni dağıda bilmir, nəticədə laktuloza yoğun bağırsağa parçalanmış vəziyyətdə düşür. Yoğun bağırsaqda bakterial fermentlərin təsirindən laktuloza parçalanır, qısa zəncirli yağ turşuları (süd, sirkə, propion və s.) əmələ gəlir.Yüksək osmotik aktivliyə malik olan üzvü turşular suyun ekskresiyasını sitimulə edərək, yoğun bağırsaqda mayenin miqdarını artıraraq, parçalanmış qalıq maddələrin bağırsağın selikli qişasından sorulmasına mane olur. Nəticədə suyun ləngiməsi ilə bağırsaq mənfəzində təzyiq yüksəlir, nəcis kütləsi artır, peristaltika və bağırsağın motor funksiyasının artması və bağırsağın boşalması baş verir.
      Bundan əlavə laktulozanın prebiotik effekti var ki, bu da yoğun bağırsağın normal mikroflorasını artırır. Ədəbiyyatda laktulozanın yüksək effektivliyi, təhlükəsizliyi, bütün yaşlarda istifadəsi, hətta hamiləlik zamanı işlədilməsidə çox miqdarda aparılan elmi-tədqiqat işlərində göstərilmişdir (8).
     Bizim  tədqiqatın məqsədi laktuloza tərkibi dərmanlar uşaqlarda  xroniki qəbizliyin müalicəsində effektivliyinin öyrənilməsidir. (rentgeloji olaraq yoğun bağırsaq quruluşu anamaliyası zamanı).    Müşahidələrimiz altında 2-14 yaşlarda xroniki qəbizliyi-yoğun bağırsaqda anatomik dəyişikliyi olan 37 uşaq olmuşdur. Bütün müayinələr Ə.F. Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında ambulator müşahidələr altında aparılmışdır. Anamnestik, klinik, laborator müayinələr olunmuşdur. Belə ki, qanın,sidiyin, nəcisin ümumi analizi, qanın biokimyəvi analizləri,  daxili orqanların ultra səs müayinəsi, rentgenoloji müayinə - irriqoqrafiyaaparılmışdır.
     37 uşaq yaşa uyğun dozada 2 həftə ərzində laktuloza tərkibli preparat (normaze) preparatı almışdır. 2 həftə ərzində normaze preparatı qəbul olunduqdan sonra xəstələrdə klinik yaxşılaşma az olarsa, onların qidasına qida lifləri ilə zəngin olan qidalar əlavə edilmişdir. Bu xəstələr 2 həftə ərzində müşahidə olunmuşdur.
     Nəcisin xarakteri Bristol şkalası üzrə qiymətləndirilmişdir. Statistik tədqiqat Microsoft Eksel2003 üzrə aparılmışdır. Müalicədən əvvəl 24 xəstədə (65%) defekasiya aktı 3-4 gündən bir 1 dəfə, 10 uşaqda (27%) defekasiya 5-7 gündən bir 1 dəfə olmuş, 3 xəstədə (8%) isə sərbəst defekasiya qeyd olunmamışdır. Bütün uşaqlar dekonpensə olunmuş stulun ləngiməsi qrupuna aid edilmişdir.Bu uşaqlarda stul periodik olaraq imalə vasitəsi ilə başa çatmışdır.
     28 uşaqda (76%) praktiki olaraq güclü gücənmə müşahidə olunmuş, 12 uşaqda nəcis yumru-yumru bərk formalı, 19 uşaqda əzilmiş yığıntılar şəklində olmuşdur. 8 uşaqda isə ikincili sfinkter pozğunluğu, anus ətrafı nəcis bulantısı əlaməti halında daima müsahidə olunmuşdur.
     Bir çox uşaqlarda dispeptik pozğunluqlar-meteorizim, defekasiya aktından əvvəl qarında ağrıların olması müşahidə olunmuşdur.
     Valideyinlərdən uşaq haqqında anamnez topladıqda, uşaqlarda defekasiya aktını saxlama simptomunun olması müəyyənedilmişdir.
     V.F. Privorotski və N.E. Luppovay elmi işlərində Rim kriteriyalarının  həzm sistemində gedən müxtəlif dəyişikliklərin anlaşılması sistemi olduğu qeyd edilmişdir. Lakin bu sistemi pediatriyada istifadə etmək düzgün deyildir. Çünki, qəbizlik diaqnozu ilə anamnez toplanarkən, usaqlar verilən suallara lazımı cavablar verə bilmədiklərinə görə həkim vacib diaqnostik informasiyası ala bilmir.
     Bağırsağın rentgenoloji müayinəsi nəticəsində (irriqoqrafiya) 87,3% uşaqlarda dolixosiqma, 12,7%-də isə dolixokolon olmuşdur. Bütün uşaqlarda bağırsağın tam boşalmaması müşahidə edilmişdir. Laktuloza (normaze) qəbulunun başlanğıcından uşaqlara termokontrast imalələr təyin olunmuşdur ki, bu da yoğun bağırsağın peristaltikasını artırmaq məqsədi ilə dərmanla yanaşı aparılmışdır. 2 həftə aparılan müalicə nəticəsində 27,9% uşaqlarda gündəlik defekasiya aktı müşahidə olunmuşdur.
     Beləliklə, biz güman edirik ki, bağırsağın motorikasında gedən dəyişikliklər qəbizliyin əmələ gəlməsində əsas səbəblərdəndir. Ona görə uşaqlarda qəbizliyin kompleks müalicəsi  bu səbəbin aradan götürülməsinə yönəlməlidir. Müalicə ilə yanaşı laktulozadan əlavə qida lifləri zəngin olan qidalardan da geniş istifadə olunmalıdır.

 ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРАREFERENCES: 
1.Baker S.S, Liptak G.S, Colletti R.B., etal Constipation in infants and children:evalution and treatment. A medical position statement of North American Sosiety for Pediatric Gastroenentology and  Nutrion. L. Pediatr.  Gastroenterol. Nutr. 1993; 29: 6 12 -626
2.Баранов А.А. Климанская Е.В. ред. Заболевания органов  пищеварения у детей (тонкая и толстая кишка). Ь. РАМН, 1999:210 с.
3.Баранов В.А. Хавки А.И. Изачук Ю.А. Функциональные заболевания органов пищеварения у детей. Пять альтернативного чтения: Алма – Аты; Казанская правда 1994; 191 с.
4.Садоничая А. собенности клинической картины хронических заморов у детей домашнего возраста города Ставрополя Мат. Контр педагогов России М.2005
5.Комарова Е.В. Петрова А.В. Потанов А.С. и др.   арушение моторики толстой кишки при храническихзампорах у детей. Российский педиатрический журнал. 2007;428 -30.
6.Дубровская М.И. Паришина П.В. Актуальные вопросы развития заморов у детей подходы к терапии. Вопросы современной педиатрии. 2012; 11(1): 76 -82
7.Кущ.Н.Л. Запоры у детей.Киев:Здоровья, 1976: 176 с.
8.Хавкин А.И. функциональные нарушения желудочко- кишечного тракта у детей раннего возраста.  М. Правда 2000, 72 с.


Müəlliflər:
N. M. Hüseynova
A. A. Qaragözova
Ş. M. Rəşidova
R. R. Bəylərova
M. H. Bağırova

Digər jurnal və qəzetlər