NАXÇIVАN ŞƏHƏR MƏKTƏB YАŞLI UŞАQLАRIN SOMАTOTİPLƏRİNİN XÜSUSİYYƏTLƏRİИ

11-03-2009

Son illər aparılan elmi araşdırmaların nəticələri göstərir ki, uşaq orqanizmində gedən proseslərin intensivliyini ayrı-ayrı fiziki inkişaf göstəriciləri deyil həmin parametrlərin bir-biri ilə qarşılıqlı əlaqədar inkişaf etməsi əks etdirir. Bu nöqteyi-nəzərdən fiziki inkişaf parametrlərinə əsasən uşaq orqanizminin inteqral indeksi sayılan somatik tipinin təyin edilməsi böyük əhəmiyyət daşıyır (3,5,6,11,12).

Tədqiqatlar göstərmişdir ki, uşaq orqanizminin ayrı-ayrı yaş dövrlərində inkişafı genetik determinə olunmuş irsiyyət ilə yanaşı onun konstitusional tipindən də asılıdır. Böyüklərdə praktiki təbabətdə müxtəlif zamanlarda təklif edilən və bu gün də istifadə olunan bədən quruluşunu səjiyyələndirən onlarla konstitusional tiplər müəyyən edilmişdir (5,6,11,14). Təklif edilmiş bu təsnifatların heç biri bütövlükdə klinisistləri qənaətləndirəcək məlumatları özündə əks etdirmədiyindən yekun variant qəbul edilməmişdir. Bugünədək uşaqlar üçün də ümumi qəbul olunmuş konstitusiya tiplərinin təsnifatı mövcud deyildir və onların inkişaf tempini qiymətləndirməyə imkan verən somatotiplərin təyini üsulları işlənilib hazırlanma-mışdır.

Konrad hesab edir ki, uşaqlarda sürətli inkişaf dövründə bədən quruluşunun formalaşması heteroxron getdiyi üçün, bədən hissələrinin qeyri-bərabər böyüməsi onların bədən quruluşu tipinin dəqiq təyin olunmasına imkan vermir. Onun fikrinjə uşağın bədən quruluşunun somatotipini 2-4 yaşdan, J.Tannerə görə – 4-5 yaşdan, L.N.Kritininaya görə – 7 yaşdan, V.Q.Ştefko və А.İ.Kliorinə görə isə yalnız həddibuluğa çatan dövrdən sonra təyin etmək mümkündür (13). Digər alimlər hesab edir ki, uşağın bədən quruluşunun tipi 3-4 yaşda da təyin edilə bilər ancaq onun böyüməsi ilə əlaqədar fiziki inkişaf parametrlərinin dəyişməsi sonrakı illərdə somatotipin də müvafiq olaraq dəyişməsinə gətirib çıxarır (3,10,12).

Bu günədək bir çox alimlər uşaq və yeniyetmələrdə konstitusional tiplərin təyin edilməsində Ştefko və Ostrovski-nin sxemlərindən istifadə edir (13). Bu sxemə əsasən təmiz (astenoid, torakal, əzələ, digestiv və abdominal), qarışıq və təyin olunmayan tiplər ayırd edilir.

R.N.Doroxov və İ.İ.Brexman somatotipləri fiziki inkişafın əsas parametrləri olan bədən uzunluğunun, kütlənin və döş çevrəsinin orta göstəricilərinin siqmal fərqlərinə görə ballarla təyin olunmasına əsasən aparmağı məsləhət görürlər (2,4).

А.İ.Kozlov somatotipin təyinində bədən uzunluğunun orqanizmin dörd nahiyəsində təyin edilmiş dərialtı piy qatının qalınlıq cəminin faizlə nisbətinin istfadəsini təklif edir (7).

Son illərdə V.V.Bunak-ın somatotiplərin təyini sxeminin Ö.E.Velğtihev tərəfindər modifikasiya olunmuş sentil təhlili üsulundan geniş istifadə olunur (4,5).

Müasir texniki sıçrayış və kompüter dövründə riyazi proqramlar və çoxölçülü statistika vasitələri kompleks müayinə zamanı yüksək dəqiqliklə insanın konstitusional tipinin təyin edilməsinə nəzəri imkanlar yaratsa da klinik təbabətdə gündəlik işlədilə bilən normativlər hazırlanmamışdır. Uşaqların müxtəlif yaş dövrlərində individual fiziki inkişaflarının kompleks şəkildə qiymətləndirilməsində somatometrik göstərijilərin əsas yer tutmasına baxmayaraq bu parametlərə əsasən somatik tiplərin regional xüsusiyyətlərinin təyin olunmasına kifayət qədər fikir verilmir. Hazırda uşağın sağlamlıq səviyyəsini qiymətləndirmək üçün ümumi qəbul olunmuş qayda üzrə ən informativ sayılan fiziki inkişaf göstriciləri ölçülür və yaş normativləri ilə müqayisədə təhlil olunur (1). Uşaq orqanizmi dinamik böyümə dövründə bir çox ailə, məişət, iqlim, qida və diqər amillərin təsirinə məruz qaldığından yuxarıda qeyd olunan məlumatlar inkişafın istiqamətini və fərdi inkişaf mərhələlərini tam əks etdirə bilməz (4,8,9). Ona görə də hər bir yaş dövründə uşagın genetik fərdi inkişaf xüsusiyyətlərini özündə cəmləşdirən keyfiyyəti əks etdirən kəmiyyət göstəricilərinə əsasən dəyərləndirmə üsullarının işlənib hazırlanması vacib məsələlərdən biri sayılır. Bu məqsədlə Naxıçvan şəhər məktəb yaşlı uşaqların yaşdan və cinsdən asılı olaraq somatotipləri tədqiq edilməsidir.

Tədqiqatın material və müayinə üsulları. Tədqiqat Naxçıvan Müxtar Respublikasının Naxçıvan şəhərində məktəbli uşaqlar arasında aparılmışdır. Tədqiqat zamanı uşaqların sağlamlığını təşkil edən çox saylı amilləri nəzərə alaraq, orqan və sistemlərin funksional vəziyyəti, uşağın dinamikada fiziki və sinir-psixiki inkişafı qiymətləndirilmişdir.

Müayinədən 6 yaşdan 17 yaşadək olan 348 azərbaycanlı (180 oğlan və 168 qız) uşaq keçmişdir. Müayinə zamanı uşağın fiziki və sinir-psixiki inkişafı, orqanizmin reaktivliyi, orqan və sistemlərin funksional vəziyyəti, xroniki xəstəliklərin mövjudluğuna əsasən uşaqları sağlamlıq qrupları təyin olunmuş və növbəti tədqiqata yalnız I və II sağlamlıq qrupuna aid uşaqlar (316 uşaq) cəlb olunmuşdur. Müayinə olunan uşaqlar fiziki, morfoloji və psixoloji xüsusiyyətlərinə görə üç yaş qrupuna ayrılmışlar: I yaş qrupu - kiçik məktəbli (6-10 yaş) 119 uşaq (onlardan 59 qız və 60 oğlan), II yaş qrupu - orta məktəbli yaşlı (11-14 yaş) 125 uşaq (62 qız və 63 oğlan) və III yaş qrupu - böyük məktəbli yaşlı (15-17 yaş) 72 uşaq (35 qız və 37 oğlan) təşkil etmişdir. Uşaqların fiziki inkişafının dinamik bir proses kimi qanunauyğunluqlarını və inkişaf tempini təyin etmək üçün sentil qiymətləndirmə və ona əsasənə somatodiaqnostika üsullarından istifadə olunmuşdur. Аntropometrik üsülla uşaqların kütləsi, bədən üzunluğu, döş çevrəsi ümumi qəbul olunmuş qaydada və xüsusi cihazlarla ölçülmüş və qeyri–parametrik üsulla qiymətləndirilmişdir. Göstəricilərin minimal, orta, maksimal və sentil dəhlizləri (1-P3, 2-P10, 3-P25, 4-P50, 5-P75, 6-P97) təyin olunmuşdur. Somatoskopik üsulla uşaqların bədən quruluşu və somatotipi təyin olunmuşdur. Uşaqlarda somatotipin təyini üçün Ştefko-Ostrovskiy (13) və Xit-Karterin (14) qiymətləndirmə sxemləri əsas götürərək modifikasiya olunmuş şəkildə üç somatotipə uyğunluq təyin olunmuşdur – mikrosomatik (MiS), mezosomatik (MeS) və makrosomatik (MaS) tiplər (9,12). Fiziki inkişaf göstəriciləri sentil dəhlizlərinə müvafiq ballarla qiymətlənidirilmiş, ballar toplanmış <P25 müvafiq olduqda (1,2,3 sahə, 3-10 bal) mikrosomatik, P25-50 (4,5 sahə, 11-15 bal) – mezosomatik və >P75 (6,7 sahə, 16-21 bal) makrosomatik tip kimi qeydə alınmışdır.

Tədqiqatın nətijələri və onların təhlili. Аlınmış məlumatlar nətijəsində məktəbli uşaqların somatotipləri təyin olunmuş və yaş qruplarına müvafiq rastgəlmə tezlikləri Cədvəl 1-də verilmişdir. Nəticələrə əsasən tədqiqata cəlb olunmuş uşaqların 72,2% (228) mikrosomatik, 20,9% (66) mezosomatik və 6,9% (22) makrosomatik tipə uyğun gəlmişdir. Cədvəldən göründüyü kimi, kiçik məktəbli qızlar qrupunda yaşın artması ilə yanaşı orqanizmin somatotipində müəyyən qanunauyğunluğu özündə əks etdirən ardıcıl dəyişiklər baş verir. Belə ki, yaşın artması ilə bərabər fiziki inkişaf parametrləri 3-6 bal arasında tərəddüd edən MiS tipə uyğun qızların sayı mütləq üstünlük təşkil etsə də azalmağa başlayır. Bu somatotipə 6 yaşlı qızların 75,0%, 7 yaşlıların 73,7%, 8 yaşlılırın 60,0%, 9 yaşlıların 42,9% və 10 yaşlıların 40,0% aid edilmişdir.

Cədvəl 1. 

Məktəb yaşlı uşaqlarda  somatotiplərin rast gəlmə tezliyi (%)

Yaş

Jins

N

Somatotiplər (%)

MiS

MeS

MaS

3-10 bal

11-15 bal

16-18 bal

P3-P10-P25

P25-P50-P75

P75-P90-P97

6

O

11

54,5

27,3

18,2

Q

8

75,0

12,5

12,5

7

O

14

42,8

35,7

21,5

Q

19

73,7

15,8

10,5

8

O

13

75,1

17,0

7,9

Q

10

60,0

30,0

10,0

9

O

9

77,8

11,1

11,1

Q

7

42,9

42,9

14,2

10

O

13

61,5

30,8

7,7

Q

15

40,0

53,3

6,7

Cəmi

I qrupda

O

60

61,7

25,0

13,3

Q

59

59,3

30,5

10,2

11

O

15

66,7

26,7

6,6

Q

14

78,6

14,3

7,1

12

O

19

63,2

31,6

5,2

Q

18

87,8

5,6

5,6

13

O

13

69,2

23,1

7,7

Q

13

84,6

7,7

7,7

14

O

16

87,6

6,2

6,2

Q

17

88,2

5,9

5,9

Cəmi

II qrupda

O

63

71,4

22,2

6,4

Q

62

85,4

8,1

6,5

15

O

16

56,2

43,8

-

Q

11

90,9

9,1

-

16

O

10

90,0

10,0

-

Q

10

100

-

-

17

O

11

63,6

36,4

-

Q

14

92,9

7,1

-

Cəmi

III qrupda

O

37

67,6

32,4

-

Q

35

94,3

5,7

-

   Qeyd:     Q – qızlar;  O – oğlanlar;

Rəqəmlərdən aydın olduğu kimi 9-10 yaşlı məktəbli qızlarda cinsi dimorfizmin əlamətlərinin meydana çıxması ilə əlaqədar mikrosomal tipə malik qızların miqdarı nəzərəçrpan dərəcədə azalmış və digər tiplərə transformasiya baş vermişdir. Müvafiq olaraq yaşın artması ilə paralel MeS tipə malik qızların miqdarı 12,5%, 15,8%, 30,0%, 42,9% və 53,3% ardıjıllığı üzrə artmışdır. Kiçik məktəb yaşlı qızlarla müqayisədə 8-10 yaşlılar arasında mezosomal somatotipə keçənlərin sayı daha çoxdur. Bu yaş qupunda qızlar arasında MeS tipinə uyğun olan qızların sayı MiS tipin ilə müqayisədə nəzərə çarpan dərəcədə az olmuşdur. Cədvəldən göründüyü kimi MeS somatotipinə aid qızların miqdarı yaşdan asılı olmayaraq demək olar ki, 6-8 yaşlarda eyni olsa da (12,5 – 15,8%) 9 və 10 yaşlarda bir qədər çoxalmışdır. Naxçıvan şəhər kiçik yaşlı məktəbliləri içərisində fiziki inkişaf parametrləri MaS somatotipə aid olan qızlar bütün yaşlarda (7 yaş istisna olmaqla) tək-tək hallarda rast gəlinmişdir.

Bu yaş qrupuna aid olan oğlanların tam əksəri MiS somatotipə uyğun parametrlərə malik olmuşdur. 6 və 7 yaşlarda müayinəyə cəlb olunanların yarısına qədəri mikrosomal tipə aid olsa da sonrakı yaşlarda miqdar artaraq 8, 9 və 10 yaşlarda müvafiq olraq 75,1%, 77,8% və 61,5% təşkil etmişdir. Mezosomal somatotipə uyğun olan oğlanların sayı bütün yaşlarda kəskin azalmışdır. Yalnız 7 və 10 yaşlı məktəbli oğlanlarda adı çəkilən somatotipə bir qədər çox – 35,7% və 30,8% uşaqlar müvafiq gəlmişdir. MaS tipə qızlarda müşahidə olunduğu kimi oğlanlarda da tək-tək uşaqların göstəriciləri uyğyn gəlmişdir.7-11 yaşlı qızlarda və oğlanlarda birincilərdə daha qabarıq olmaqla uşaqların tam əksəriyyətinin fiziki inkişafının morfometrik parametrləri mikrosomal somatotipə uyğun gəlir. Ümumilikdə götürdükdə II yaş qrupunda 85,4% qızlarda və 71,4% oğlanlarda mikrosomatik tip qeyd olunmuşdur. Məktəbli qızlar arasında mikrosomatik tip özünü daha yüksək yuxarı yaşlarda, yəni 12 (87,8%), 13 (84,6%) və 14 (88,2%) yaşlarda biruzə vermişdir. Oğlanlar arasında da buna bənzər mənzərə müşahidə olunmuş və mikrosomal tipin maksimal rast gəlmə tezliyi 14 yaşlılarda baş vermişdir (87,6%). Bu hal fizioloji olaraq 11-14 yaşlı məktəbli qızlarda neyrohumoral tənzimlənmənin artıq sabitləşməsi ilə əlaqədar somatotiplərin formalaş-masını göstərən prosess kimi qiymətləndirilə bilər. Bu yaş dövründə mezosomatik tip qızlar arasında az hallarda rast gəlinsə də 11-12 yaşlı oğlanlarda daha çox təsadüf edilmiş (müvafiq olaraq 26,7% və 31,6%) və onlarda heteroxron inkişafın davam etməsini göstərmişdir. Orta məktəb yaş dövründə hər iki cinsdən olan uşaqlarda MaS somatik tip nəzərəçarpan dərəcədə azalmışdır.

Tədqiqatlar göstərir ki, III yaş qrupunda əsasən müayinəyə cəlb edilmiş uşaqlarda mikrosomatik tip quruluş qeyd olunur . Oğlanların 67,6% qızların isə 94,3% MiS əlamətləri tam üstünlük təşkil etmişdir. 14-17 yaşında tədqiq edilmiş qızlardan morfometrik parametrlərinin MeS somatotipə uyğun gələnləri tək – tək olmuşdur. Bu qrupda mezosomatik tip əsasən oğlan uşaqlarında 15 (43,8%) və 17 yaşlarında (36,4%) rast gəlinmişdir. Makrosomatik tip bu yaş dövründə qeyd olunmamışdır.

Nəticələrin təhlili göstərir ki, mikrosomatik tipə malik uşaqların 46,9% (107) oğlan, 53,1% (121) qızlardan ibarətdir. Fiziki inkişafın harmonokliyinin təyinində məlum olmuşdur ki, məktəblilərin 69,7% harmonik, 28,1% mötədil disharmonik və 2,2% disharmonik inkişafa uyğundur. Mikrosomatik tipə aid olan oğlan uşaqlarının 70,3% harmonik, 25,2% mödətil disharmonik və 4,5%-də disharmonik inkişaf müşahidə olunmuşdur. Morfometrik parametrləri adı çəkilən somatik tipə uyğun gələn qızlarda 69,2% təsadüfdə harmonik, 30,8% isə mödətil disharmonik inkişaf müəyyən edilmişdir. Qızlar arasında qabarıq disharmonik inkişaf elementləri aşkar edilməmişdir.

Mezosomatik tipə malik uşaqların 62,2% (41) oğlanlar qalan 47,8% (25) isə qızlar təşkil etmişdir. Müayinə olunanların 6,7% harmonik, 56,8% mötədil disharmonik və 36,5% disharmonik inkişafa uyğun gəlmişdir. MeS tip oğlan uşaqlarının 7,9%-də harmonik, 50,0%-də mödətil disharmonik və 42,1%-də disharmonik inkişaf müşahidə edilmişdir. Bu tipə aid qızların fiziki inkişaf parametrləri 5,5% halda harmonik, 63,9% - mödətil disharmonik və 30,6% halda disharmonik  olmuşdur. Makrosomatik tipə malik uşaqların 54,4% (12) oğlan, 45,6% (10) qızlardan ibarət olmuşdur. Onlardan 85,7% uşağın fiziki inkişafı harmonik, 14,3% isə mötədil disharmoniyaya uyğun gəlmişdir. Makrosomatik tip oğlan uşaqlarının 81,8%-də harmonik, 18,2% -də mödətil disharmonik inkişaf müşahidə edilmişdir. Bu somatotipə aid olan qızlar arasında disharmoniya hallarına təsadüf edilməmişdir.

          Beləliklə, alınmış məlumatların təhlili göstərir ki, məktəbli uşaqların bədən quruluşunun somatotipinin formalaşması yaşdan və cinsdən asılı olaraq dəyişir. Müayinəyə cəlb edilmiş Naxçıvan şəhər məktəblilərində 72,2% halda mikrosomatik, 20,9% halda mezosomatik və 6,9% halda makrosomatik tipə rast gəlinir. Uşaqlarda yaşın artması ilə əlaqədar qızlarda daha qabarıq olmaqla MiS çoxalması, mezosomatik və makrosomatik tiplərin tezliyinin azalması baş verir. 6-10 yaşlı məktəblililərdə mikrosomal tipin üstünlüyü ilə hər üç somatotipə rast gəlinsə də 11-14 və 15-17 yaşlı qızların tam əksərində mikrosomal bədən quruluşu formalaşır. 11-14 yaşlı oğlanların 71,4% və 15-17 yaşlıların 67,6%- də MiS tip, uyğun olaraq 22,2% və 32,4% -də isə MeS tipə təsadüf edilir. Yuxarı yaşlı məktəblilir arasında demək olar ki, MaS somatotipinə malik uşaqlar müşahidə olunmur.

 

ƏDƏBİYYАT - LİTERАTURАREFERENCES:

 

1. İsayev İ.İ. Uşaqlarda fiziki inkişafın xüsusiyyətləri və onun qiymətləndirilməsi. Məşğələlər üçün tədris vəsaiti. Bakı, 1997, 33 s.

2. Брехман И.И. Валеология – наука о здоровье. Москва: ФиС, 1990, 208с.

3. Бутова О.А., Лисова Н.М. Корреляция некоторых параметров конституции человека //Морфология, 2001, т.119, №2, с. 63-65.

4. Вельтищев Ю.Е., Ветров В.П. Объективные показатели нормального развития и состояния здоровья ребенка (нормативы детского возраста). Москва, 2002, 346с.

5. Вельтищев Ю.Е. Рост ребенка: закономерности, нормальные вариации, соматотипы, нарушения и их коррекция (лекция для врачей). Москва, 2002, 36с.

6. Дорохов Р.Н. Основы и перспективы возрастного соматотипирования. Смоленск, 2006, с. 4–14.

7. Козлов А.И., Вершубская Г.Г. Медицинская антропология коренного населения Севера России. Москва, Изд-во МНЭПУ, 1999, 288с.

8. Мазурин А.А., Воронцов И.М. Пропедевтика детских болезней. Москва: Медицина, 2000, 431с.

9. Педиатрия. Учебник для медицинских ВУЗ-ов /Под ред. профессора Шабалова Н.П., СПб, 2007, 911с.

10. Протасов В.Ф. Экология, здоровье и охрана окружающей среды в России. 2000, 688с.

11. Соколов В.В., Чаплыгина Е.В., Соколова Н.Г. Соматотипы и вариант  развития у детей периода второго детства-жителей юга России //Вестник Волгоградского Гос.Мед.Университета, 2006, №17, с.60-62    

12. Соколов В.В., Чаплыгина Е.В. Соматометрия и соматотипирование детей и подростков. Методические рекомендации, Ростов-на-Дону: РГМУ, 2000, 20с.

13. Штефко В.Г., Островский А.Д. Схема клинической диагностики конституциональных типов. Москва: Биомедгиз, 1929, 79с.

14. Carter J.E.L. Health-Carter comatotype method. San-Diego state university, 1980, 368 p.


Müəlliflər:
İ.İ. İsayev
B.V. Talıbova

Digər jurnal və qəzetlər