BUD SÜMÜYÜ BOYNUNUN SINIQLARININ CƏRRAHİ MÜALİCƏSİNİN AKTUALLIĞI

22-02-2022

Açar sözlər:  bud sümüyü boynunun sınıqları, osteosintez, bud-çanaq oynağının endoprotezləş-dirilməsi

Bud sümüyü boynunun sınıqlarının müalicəsi uzun illər boyu öyrənilsə də aktu-allıq yüksəkdir(1,2,5,8,9,12). Bu travmaların nəinki tibbi, həmçinin sosial və iqtisadi xarakterli problemləri qalmaqdadır. Bunun səbəbi bir neçə faktorla izah edilir. Birincisi bu sınıqların rast gəlinmə tezliyinin  sabitliyidir. Digər faktor bud sümüyü boynunun sınıqlarının bu vəya digər tip sınıqlarında cərrahi müalicə seçiminin çətinliyidir. Mövcud təsnifatlar (Pauwels, Qarden) sınığın yalnız morfologiyası haqqında məlumat verir ki, bu faktor da əsas problemlərdən-dir(3,4,6,14,15).

Bir faktoru da qeyd etmək lazımdır ki, bu da cavan yaşlarda müşahidə olunan bud sümüyü boynunun sınıqlarında müalicə taktikasının seçilməsidir(7,10,11,13). Çünki bu yaşlarda sümük toxumasının keyfiyyəti yaşlı insanlardan fərqlidir. Cavan yaşlarda bud sümüyü boynunun sınıqlarında aparılan osteosintezlər (xüsusilə mənfəzi boş yivlərlə aparılan osteosintezlərdən sonra) yaxşı nəticə versə də, bud sümüyü başında baş verən aseptik  nekrozların inkişafı qeyri-qənaətbəxş nəticələrə səbəb olur(2,4,10,14,15). Bəzən buna səbəb travma zamanı qidalanmanın pozulması ilə yanaşı qapalı olaraq millərin çoxsaylı daxil edilməsi cəhdləri, yüksək enerji fonunda  qidalanmanın pozulması və nəticədə aseptik nekrozun yaranmasıdır(1,2,7,9,14).

Beləliklə, bud sümüyü boynunun sınıqlarının müasir müalicə üsulları olsa da, müalicədən sonra uzaq nəticələri qənaətbəxş deyildir. Bu səbəbdən işimizin əsas məqsədi bud sümüyü boynunun sınıqlarının müalicəsinin nəticələrinin analizidir.

İşin məqsədi. Bud sümüyü boynunun sınıqlarının müalicə taktikasının müəyyən edilməsi.

Material və metodlar. Uzaq nəticələrin analizi bud sümüyü boynu-nun osteosintezindən və endoprotezləşməsindən sonra olan xəstələrdə aparılmışdır. Xəstələri yaşlı şəxslər təşkil etmişdir. Orta yaş 78 müəyyən edilmişdir. Travmaya qədər bu xəstələrdə hərəki aktivlik saxlanılmışdır (özünə xidmət). Piylənmə 2-3 dərəcə, ÜİX―2A, AT―3 dərəcə, periferik anjio və neyropatiya müşahidə edilmə-mişdir. Onkoloji xəstəliyi olanlar bu təhlilə salınmamışdır. Psixoloji problemli və rematoid artritli xəstələr bu təhqiqat işinə daxil edilməmişdir. Rentgenoloji olaraq demək olar ki, xəstələrin hamısında osteoporoz qeyd edilmişdir. (Sinqx indeksinə görə 1-3). Garden təsnifatına görə III-IV tip 35 xəstədə bud-çanaq oynağının en-doprotezləşməsi əməliyyatı icra edilmişdir. Bunlardan 20 xəstədə total, 15 xəstədə isə subtotal endoprotezləşmə aparılmışdır. Total endoprotezləşmə yan girişlərlə icra edilmişdir. Subtotal endoprotezləşmələrdə daha çox arxa girişdən istifadə edilmişdir. Əməliyyatın 2-ci günü əl ağacları ilə gəzməyə icazə verilmişdir. Biz aşağıdakı göstəriciləri qiymətləndirmişik: ölüm, irinli və tromb emboliya səbəbli ağırlaşmalar, çıxıq implantatın qeyri-stabilliyi, protezətrafı sınıq və Harris Hip Score göstəriciləri. Bunlardan başqa, subtotal endoprotezləşmədən sonra sirkə kasasının eroziyası qiymətləndirilmişdir.  Müşahidə müddəti 6-12 ay olmuşdur. 28 xəstəyə osteosintez icra edilmişdir.

Garden təsnifatına görə I və II tip sınıqlarda osteosintez icra edilmişdir. Bud sümüyü boynunun osteosintezlərində mənfəzi boş metal yivlərdən istifadə edilmiş və kiçik kəsiklər aparmaqla EOÇ-nin köməyi ilə osteosintez icra edilmişdir. Həm-çinin osteosintezlərdə DHS və Tarqon fiksatorlarından da istifadə edilmişdir. Əməliyyatlardan sonra 6-8 ay müddətində ətrafa tam gərginliyin verilməsi tövsiyyə edilməmişdir. 6-8 ay ərzində qismən gərginlik tövsiyyə edilmişdir. 6-8 aydan sonra tam gərginlik verilməsi məqsədəuyğun sayılmışdır. 12 aydan sonra 15 xəstə üzə-rində nəticələr öyrənilmişdir. Sınığın konsolidasiyası, II-li yerdəyişmə, periimplant sınıqları, Harris Hip Score göstəriciləri qiymətləndirilmişdir.

Nəticələr və müzakirə. Subtotal və total artroplastikalarda somatik və yarada baş verən fəsadlar arasında fərq aşkar edilməmişdir. Subtotal endopro-tezləşməyə nisbətən total endoprotezləşmədə əməliyyatın vaxtı 20-30 dəqiqə artıq olmuşdur. Əməliyyatın vaxtının çox olması irinli damar və tromb əmələ gəlmə kimi fəsadların meydana çıxmasında fərq etməmişdir. İmplantların sementli tətbiqi zamanı da fəsadlar müəyyən edilməmişdir. Müşahidələrimizə görə hərtərəfli əmə-liyyatönü hazırlıq, adekvat anestezioloji təchizat, standart cərrahi yanaşmanın peşəkarlığı və endoprotezin yerləşdirilməsinin dəqiqliyi total endoprotezləşməyə riskləri azaldır.

Cədvəl  № 1.

Bud-çanaq oynağının endoprotezləşməsindən sonrakı fəsadlar

 

Total endoprotezləşmə

Subtotal endoprotezləşmə

6 ay

12 ay

6 ay

12 ay

Trombemboliya fəsadlaşması

 

2

 

1

 

1

 

Ölüm

1

1

1

(infarkt)

İrinləmə

2

1

Çıxıq

1

1

Periimplant sınığı

Qeyri-stabillik

Orta Harris Hip Score

86,5

88,6

85,1

81,5

Sirkə kasasının eroziyası

 

 

2

5

 

Somatik fəsadlardan fərqli olaraq bud-çanaq oynağında funksional nəticələr ara-sında fərq müəyyən edilmişdir. Bu özünü Harris Hip Score göstəricilərinin orta qiymətinin aşağı düşməsində göstərmişdir. Əməliyyatdan 6 ay sonra fərq az olsa da, 1 ildən sonra subtotal endoprotezləşmədə ağrı sindromunun artması müşahidə edilmişdir. Bu isə xəstələrin diz və bud-çanaq oynağında hərəki məhdudluğun, gündəlik hərəki aktivliyin azalmasına səbəb olmuşdur. Bu vəziyyət əvvəldən bud-çanaq oynağında patologiya olan xəstələrdə daha da qabarıq şəkildə özünü göstər-mişdir. 4 xəstədə Harris Hip Score göstəriciləri 80-dan aşağı olmuşdur ki, bu da qeyri-qənaətbəxş nəticə kimi qiymətləndirilmişdir. Əməliyyatdan sonrakı çıxıqla-rın hamısı erkən dövrdə baş vermişdir. Bu isə protez komponentlərinin yerləşdiril-məsinin standartlardan kənara çıxmaları ilə və protez ayaqcığının həddən artıq rotasiyası ilə əlaqələndiririk. Subtotal endoprotezləşdirmədən sonra müşahidə edi-lən çıxıqların baş vermə səbəbini sirkə kasasının dayaz olması ilə əlaqələndiririk. Müşahidələrimizdə periprotez sınıqları müşahidə edilməmişdir.

Bud sümüyü boynunun sınıqlarında osteosintezlərdən sonrakı fəsadların eyni statistikası müəyyən edilmişdir. Lakin travmanın mexanizmi, fraqmentlərin yerdə-yişmə dərəcəsi və yanaşı müşahidə olunan patologiyalar əməliyyatdan sonrakı mərhələdə xəstəliyin gedişinə təsir etmişdir. Travmanın mexanizminə görə aşağı enerjili travmalar almış xəstələrdə anamnezdə osteoporoz olmayan xəstələrdə sı-nıqların sağalması müvəffəqiyyətlə başa çatmışdır. Buna baxmayaraq sınıqların konsolidasiyası bud-çanaq oynağının dəyişikliyinə səbəb olmuşdur. Bud sümüyü boynunun sınmış fraqmentlərinin kompressiyası ətrafın qısalığına səbəb olmuşdur. Bu isə ağrılarla  müşahidə  edilmiş,  bud-çanaq oynağında hərəkət məhdudluğunu yaratmış, əməliyyat edilmiş ətrafın dayaq funksiyasını aşağı salmışdır. Metal yivlərin lateraldan daxil edilməsi lateral troxanteritin meydana gəlməsinə şərait yaratmışdır.


Cədvəl  № 2.

Bud sümüyü boynunun osteosintezindən sonrakı fəsadları

 

Mərfəzi dəlikli yivlər

DHS

Tarqon

Sınıqların zəif konsolidasiyası

8

3

5

II-li yerdəyişmə

7

2

3

Periimplant sınığı

Başqa fəsadlar

1 irinləmə

 

II-li yerdəyişmə və yalançı oynaq 3 xəstədə müşahidə edilmişdir. 2 halda cavan xəstələrdə yüksək enerjili travmaların nəticəsində sınıqlar müşahidə edilmişdir.

DHS və Tarqon fiksatorlarından istifadə zamanı analoji qanunauyğunluq aşkar etmişik.

I tip Qarden sınığı ilə olan xəstələrdə konsolidasiya müəyyən edilmişdir.

5 halda fiksatorların miqrasiyası 3 xəstədə sınıq, 2 xəstədə II-li yerdəyişmə müşahidə edilmişdir.

Sınıqların konsolidasiyasından sonra biz xəstələrdə Harris hip Score-nin orta əhəmiyyətini hesablamışıq. Əməliyyatdan sonra 12-ci ayda bu göstərici 83,9 təşkil etmişdir (minimal 78). Buna isə bir neçə səbəb var. Əməliyyatdan sonra ətrafın uzun müddət aktiv olmaması sarğı əzələlərinin artrofiyasına səbəb olur. Bununla yanaşı bud sümüyü boynunun qısalması bud-çanaq oynağında kontrakturanın yaranmasına səbəb olur. Budun boynu və başına əlavə travmanın verilməsi aseptik nekrozun yaranmasına şərait yaradır.

Nəticələr.

1.Bud sümüyü boynunun sınıqları ilə olan bütün xəstələr əməliyyat olunmalıdır. Əməliyyat taktikasının seçilməsində xəstənin yaşı, sümük toxumasının keyfiyyəti, sınığın xarakteri və travmadan sonrakı vaxt əsas faktorlardır.

2.Cavan və orta yaşlı (60-a qədər) xəstələrdə Pauwels 1-2 və Qarden 1-2 sınıqlarında bud boynunun osteosintezi icra edilir.

3.Biomexaniki qeyri-qənaətbəxş sınıqlarda Pauwels 3, Qarden III-IV, travmadan 3 gün keçmiş sınıqlarda (60 yaşdan yuxarı) I-li endoprotezləşdirməyə üstünlük verilir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1.Əyyubov F.Ə., İsayev İ.A. „Bud sümüyünün subtraxanterik sınıqlarında bud sümüyünün“ mil ştiftinin (PE---) tətbiqi. Sağlamlıq, 2019. №3, səh.153-154

2.İsayev İ.A., Həsənov N.H., Eyyubov F.Ə., Mətiyev İ.T. „Budun proksimal nahiyəsinin sınıqları zamanı aparılan cərrahi ənənəvi əməliyyatlardan sonra koks-artrozun inkişafı“. Sağlamlıq,2018, №1. Səh.167-169

3.Н.В.Загородний „Эндопротезирование тазобедренного сустава“ Москва, 2013

4.Dinesh Kumar et al. Femoral neck fracture in your patients, managed by osteosinthesys using Primary double angle barrel plate combined with valgus inter trochanteric osteotomy-Long term result. Indian Journal of Orthopaedics Surgery 2015; 1(4): 265-272

5.Дэвид Джакофски, Энтони К.Х.Кедли. „Ревизионное эндопротезование тазобедренного сустава“ Москва,2014

6.Ran Thein, MD, PhD, Paz Kedem, MD, Aharon Chechik, MD and Nachshon Shazar, MD. Osteosynthesis of Unstable Intracapsular Femoral Neck fractureby dynamiclocking plate or screw fixation: earlyresults (J Orthop Trauma 2014; 28:70-76) DOI:10.1097/ BOT.0000000000000205

7.Simon S.Jameson et all. Cemented hemiarthroplasty or hip replacement for intracapsular neck of femur fracture? A comprasion of 7732 matched patients using national data. Injury,Int.J Care Injured 44 (2013) 1940-1944.DOI: 10.1016/j. Injury. 2013.03.021

8.Orlin Filipov. The  method of biplane doublesupported screw fixation (BDSF) at femoral neck fractures-principle and clinical outcomes./J of IMAB. 2013, vol.19,issue 1/

9. Lithong Fan, Xiaoqian Dang, Kunzheng Wang. Comprasion between Bipolar Hemiarthroplasty and Total Hip Arthroplasty for Unstable Intertrochanteric Fractures in Elderly Osteoporotic Patients. PLoS One.2012;7(6): e39531.DOI: 10.1371/journal. pone.0039531

10. Samo K Fokter and Nina Focter. Hip Fracture in theElderly: Partial or Total Arthroplasty? Recent Advances in Hip and Knee Athroplasty,2012

11.Kaplan et all. Comparative results of percutaneous cannulated screws, dynamic compression type plate and screw for the treatment of femoral neck fractures. Ulus travma Acil Cerrahi Derg 2012;18(1): 65-70

12.Marshall B.Berkes. Catastrophic Failure After open reduction internal fixation of femoral neck fractures with a novel locking plate implant. J Orthop Trauma 2012;26:e170-e176/. DOI 10.1097/BOT.0b013e31823b4cdl

13.Hui-Kuang Huang,MD; Yu-Ping Su, MD; Chuan-Mu Chen, MD; Fang-Yao Chiu, MD; Chien-Lin Liu, MD. Displaced Femoral Neck Fractures in Young AdultsTreated With Closed Reduction and Internal Fixation. Orthopedics, Posted December 1, 2010. DOI: 10,3928/01477447-20101021-15

14.Robert L. Barrack, Aaron G.Rosenberg „Kalça,“ 2009

15.John S.Callaghan, Aaron G.Rosenberg, Harry E.Rubash „Erişkin kalça   The Adult Hip“ I, II cilt, 2008


Müəlliflər:
İ.A. İsayev
İ.İ. Mətiyev
R.H. Çodarov
F.Ə. Əyyubov
A.Ş. Məmmədov

Digər jurnal və qəzetlər