UŞAQLARDA ASKARİDOZUN KLİNİK TƏZAHÜRLƏRİNİN YAŞ XÜSUSİYYƏTLƏRİUŞAQLARDA ASKARİDOZUN KLİNİK TƏZAHÜRLƏRİNİN YAŞ XÜSUSİYYƏTLƏRİ

14-01-2022

Açar sözlər. Uşaqlarda askaridoz, bağırsaq helmintozları, qəbizlik, qeyri-sabit nəcis

Ключевые слова: Аскаридоз у детей, кишечные гельминтозы, запор, неустойчивый стул

Key words: Askariasis in children, intestinal helminthiasis, constipation, unstable stools

Giriş. Tibb sahəsində böyük elmi kəşflər, yoluxucu və parazitar xəstəliklərlə mübarizənin geniş miqyaslı üsulları olmasına baxmayaraq helmintozlar yenə də dünyada ən çox yayılmış xəstəliklər siyahısındadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, yoluxucu və parazitar xəstəliklər bəşəriyyətdə ölümün əsas səbəblərindən biri olaraq qalır. Müəyyən edilmişdir ki, dünyada xəstələrin sayına görə üçüncü yeri bağırsaq helmintozu  tutur[1,2]. Hələ 2001-ci ildə Ümumdünya Səhiyyə Assambleyasının nümayəndələri yekdilliklə endemik ölkələri helmintlərə qarşı ciddi mübarizə aparmağa çağıran bir qətnamə qəbul etdilər [2,3]. Onlarla mübarizədə böyük səylərə baxmayaraq, nailiyyətlər arzuolunandan uzaqdır. ÜST ekspertlərinin fikrincə, helmintozlar indiyə qədər “unudulmuş xəstəliklər” mövqeyini tutmuşdur – bütün dünyada onların tibbi-sosial əhəmiyyəti lazımi səviyyədə qiymətləndirilmir [4,3].

Müəyyən olunmuşdur ki, helmintlərlə daha çox uşaqlar yoluxurlar, böyüyən orqanizm askaridoz invaziyasının patogen təsirinə xüsusilə həssasdır.(5,6) Uşaq yaşlarında klinik simptomatikanın suallarının öyrənilməsinə baxmayaraq, uşaqlıq dövründə orqan və sistemlərin qeyri-bərabər inkişafı invaziyaların yaşdan asılı olaraq  qeyri-spesifik təzahürlərinin   öyrənilməsinin aktuallığını  təyin edir.

Əhali arasında helmintlərlə yoluxma tezliyi ölkənin iqtisadi səviyyəsindən və sanitariya mədəniyyətindən asılıdır. ÜST-ün məlumatına görə, dünya əhalisinin yarıdan çoxu parazitar infeksiyalardan əziyyət çəkir. [1,4,3]. Dünyada təxminən 1,5 milyard insan və ya dünya əhalisinin demək olar ki, 24%-i torpaqla ötürülən helmintlərlə yoluxmuşdur [ 7,2].

Ən çox yayılan bağırsaq helmintozlarından biri askaridozdur. Askaridoz, törədiciləri dəyirmi qurdlar- Ascaris Lumbricoides olan geohelmintozlar qrupundan olan qurd invaziyasıdır. İnvaziyanın olması bağırsaq divarının əzələ qatının hipertrofiyasına, kriptaların dərinliyinin azalmasına, bağırsaq möhtəviyyatının kimyəvi tərkibinin dəyişməsinə, mədə və bağırsağın motor-sekretor funksiyasının pozulmasına gətirib çıxarır [5,6].  Askaridlər xemotripsin və tripsin inhibitorlarını ifraz edir, bunun nəticəsində qida maddələrinin, zülalların, yağların sorulmasında azalma olur. Askaridoz zamanı piridoksinin funksional çatışmazlığı inkişaf edir, retinol və askorbin turşusunun səviyyəsi azalır, laktaza tolerantlığı azalır. Helmintin mübadilə məhsulları orqanizmdə intoksikasiya sindromu və allergizasiyaya səbəb ola bilir.Askaridoz adətən bağırsaq disbiozu ilə müşayiət olunur [5,6,3].

Klinik və patogenetik cəhətdən demək olar ki, bütün bağırsaq helmintozlarında bir sıra  oxşar amilləri ayırd etmək olar. Bununla belə, hər bir konkret helmintozun bəzi spesifik əlamətləri var ki, bu da tez-tez hətta klinik olaraq diaqnoz qoymağa imkan verir [2,3].

Yuxarıda göstərilən problemlərin aktuallığı bizim tədqiqatımızın əsasında durur.

Məqsəd: Askaridozlu uşaqlarda həzm sisteminin pozğunluqlarının klinik təzahürlərinin yaşla bağlı xüsusiyyətlərini öyrənməkdir.

Materiallar və metodlar. 2016-2019-cu illər ərzində Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının bazasında 1 yaşdan 18 yaşa qədər askaridozun bağırsaq mərhələsi olan 80 uşaqda klinik müşahidə, laboratoriya və instrumental tədqiqatlar aparılmışdır. Nəzarət qrupu eyni yaşda olan 60 praktiki sağlam uşaqdan (askaridozsuz, dispanser qeydiyyatında olmayan, kəskin, xroniki və dekompensasiya olunmuş xəstəlikləri olmayan) ibarət idi.

Əsas qrupun askaridozla olan uşaqları müxtəlif yaş yarımqruplarına bölünüb: I yarımqrup erkən yaşda askaridozlu uşaqlar (1 yaşdan 3 yaşa qədər) - 30 nəfər (37,5%), II yarımqrup-məktəbəqədər yaşlı uşaqlar (4 yaşdan 7 yaşa qədər) - 20 nəfər (25%), III yarımqrup - kiçik məktəbyaşlı uşaqlar (7-11yaşa qədər) - 12 nəfər (15%), IV yarımqrup - böyük məktəbyaşlı uşaqlar (11-17 yaş) -18 nəfər (22 ,5%). Nəzarət qrupunda I yarımqrupa-20 uşaq, II yarımqrupa-14 uşaq,III yarımqrupa- 12 uşaq, IV yarımqrupa-14-uşaq (cəmi-60 uşaq) daxildir.

Hər bir uşağın klinik müayinəsinə ambulator kartın təhlili daxildir: daha ətraflı məlumat üçün hazırlanmış sorğu vərəqindən istifadə edərək şikayətlərin toplanması, epidemioloji anamnez, risk faktorlarının qiymətləndirilməsi, həyat anamnezi, xəstənin müayinəsi. Obyektiv müayinə zamanı qurd invaziyalarının təzahürü ilə bağlı klinik mənzərə və simptomlar müəyyən edilməklə uşaqların ümumi vəziyyəti qiymətləndirilir, fiziki inkişafı qiymətləndirilir. Instrumental müayinə üsullarına döş qəfəsi orqanlarının ümumi rentgenoqrafiyası, elektrokardioqrafiya, elektroensefaloqrafiya, qarın boşluğu orqanlarının ultrasəs müayinəsi (USM) daxildir. Laboratoriya tədqiqatları kompleksinə qanın klinik  müayinəsi, sidiyin  ümumi analizi daxildir. Koproovoskopik diaqnostika Katoya görə qalın yaxma üsulu ilə 2 dəfə 3 gün fasilə ilə və Kalantaryan üzrə flotasiya üsulu ilə aparılmışdır.

Statistik məlumatların emalı Microsoft Excel 7.0, Statistica 6.0 kompüter proqramlarından istifadə etməklə həyata keçirilmişdir. Qruplar arasında göstəricilərin dəyişməsinin təhlili və fərqlərin əhəmiyyətinin qiymətləndirilməsi (p) χ2 meyarının tərifindən istifadə etməklə aparılmışdır. Çaddok şkalası ilə şərh edilən Pearson korrelyasiya əmsalı ilə yaş təhlili aparılmışdır.

Tədqiqatın nəticələri və müzakirəsi. Askaridozun bağırsaq mərhələsi olan 60 uşaqda (75%) uşaqda mədə-bağırsaq traktının funksiyalarının pozulması qeyd edildiyi halda, nəzarət qrupunda biz bu sindromu 14 (23,33%) uşaqda müəyyən etdik ki, bu da 3,2 dəfə çoxdu (p < 0,01). Əsas qrupun müqayisə olunan yaşları arasında qeyri-sabit nəcis daha çox erkən yaşlı uşaqlarda ( 24 uşaq - 80%) və  məktəbəqədər (14 uşaq - 70%) yaşlarda müşahidə edilmişdir (p <0,01). Askaridozlu kiçik məktəb yaşlı uşaqlar qrupunda 5 uşaqda (44%) aşkar edilmişdir ki, bu da nəzarət qrupu uşaqlarla müqayisədə daha çoxdur (p<0,05) (Cədvəl 1).

Əsas qrupun 35 (43,75%) uşağında həzm olunmamış nəcis aşkar edilmişdir ki, bu da nəzarət qrupundan (p<0,01)  7 dəfə çoxdur, nəzarət qrupunda 5 (8,3%) uşaqda həzm olunmamış nəcis aşkar edilmişdir. Əsas qrupun erkən yaşlı  uşaqları (15 nəfər - 50%) və məktəbəqədər yaşlı uşaqları (9 nəfər - 45%) arasında həzm olunmamış nəcis kiçik məktəbyaşlı askaridozlu uşaqlar (2 uşaq - 16,66%) və böyük məktəbyaşlı uşaqlara (9 uşaq - 50%) nisbətən daha çox rast gəlinmişdir. Nəzərə almaq lazımdır ki, nəzarət qrupunda bu əlamət yalnız 3 (15,7%) erkənyaşlı uşaqda və 2 (14,28%) məktəbəqədər yaşlı uşaqda rast gəlinib. I və II yarımqrupları müqayisə etdikdə aydın olur ki, həzm olunmamış nəcis simptomu nəzarət qrupu ilə müqayisədə əsas qrupda daha tez-tez baş verir (müvafiq olaraq p <0,01; p <0,05).

Nəcisdə "yaşıl"ın olması kimi əlamət əsas qrupun 10 (12,5%) uşağında aşkar edilmişdir ki, bu da nəzarət qrupunda (1 uşaq - 1,66%)  olan bu göstəricidən 7,5 dəfə (p<0,01) yüksəkdir. Nəcisdə "yaşıl"ın olması əsas qrupun 7 (23,33%) erkən yaşlı uşağında və məktəbəqədər yaşlı 3 (15%) uşağında müşahidə olunur, digər yaş yarımqrupları arasında bu əlamət aşkar edilməmişdir.

Cədvəl  № 1.

Əsas və nəzarət qruplarının uşaqlarında nəcis pozğunluqlarının tezliyi və xarakteri.

Simptomlar

                      

           Qruplar

Qeyri-sabit nəcis

Həzm olunmamış nəcis

Nəcisdə "yaşıl”

Seliyin olması

Qəbizliyin olması

Əsas qrup

 

 

 

 

 

I   (n=30)

24 (80%)

15 (50%)

7 (23,33%)

10 (33,33%)

13 (43,33%)

 II (n=20)

14 (70%)

9 (45%)

3 (15%)

5 (25%)

6 (30%)

III (n=12)

5 (44%)

2 (16,66%)

 

1 (8,33%)

3 (25%)

IV (n=18)

6 (33,33%)

9 (50%)

 

3 (16,66%)

5 (27,77%)

CƏMİ- 80

49 (61,25%)

35 (43,75%)

10 (12,5%)

19 (23,75%)

 

Nəzarət qrupu

 

 

 

 

 

 I (n=20)

3 (15%)

3 (15%)

1 (5%)

1 (5%)

1 (5%)

 II (n=14)

2 (14,28%)

2 (14,28%)

 

1 (7,14%)

2 (14,28%)

III (n=12)

 

 

 

 

1 (8,33%)

V (n=14)

 

 

 

 

1 (7,14%)

CƏMİ- 60

5 (8,33%)

5 (8,33%)

1 (1,66%)

2 (2,33%)

5 (8,33%)

 

Nəcisdə seliyin olması simptomu əsas qrupun 19 (23,75%) uşağında təyin edilmişdir ki, bu da nəzarət qrupu ilə müqayisədə demək olar ki, 7 dəfə çox rast gəlinmişdir, burada 2 (3,33%) uşaqda qeyd olunmuşdur (p <0,01). Bu əlamət daha çox erkən yaşlı uşaqlarda (10 nəfər (33,33%)) və məktəbəqədər yaşlı (5 nəfər (25%); p <0,05) askaridozlu uşaqda aşkar edilmişdir. Məktəbyaşlı uşaqlar arasında selik daha az aşkar edilmişdir: kiçik məktəbyaşlı uşaqlardan 1 uşaqda (8,33%) və  böyük məktəbyaşlı uşaqlardan 3 uşaqda (16,66%) rast gəlmişdir. Nəzarət qrupunun uşaqları arasında nəcisdə seliyin  olması tək-tək hallarda müşahidə olunmuşdur - 1 (5%) erkən yaşlı uşaq və 1 (7,14%) məktəbəqədər yaşlı uşaq.

Cədvəl  № 2.

Askaridozlu uşaqlarda yaşdan asılı olaraq həzm sisteminin digər pozğunluqlarının xarakteri və tezliyi,  n (%)

Simptomlar

    Qruplar                 

Meteorizm

Qurultu

Gəyirmə

Ürəkbulanma

Qusma

Requrqitasiya

Əsas qrup

I (n=30)

 

21 (70%)

 

23 76,66%)

 

18 (60%)

 

12 (40%)

 

2 (6,66%)

 

4 (13.33%)

II (n=20)

13 (65%)

11(55%)

11 (55%)

5 (41,66%)

3 (15%)

3 (15%)

III (n=12)

5 (41.66%)

4 (33,33%)

6 (50%)

7 (38,88%)

3 (25%)

-

IV (n=18)

3 (16,66%)

7(38,88%)

6 (33,33%)

13 (72,22%)

4 (22,22%)

-

Cəmi-80

42 (52,5%)

45 56,25%)

41 51,25%)

37 (46,25%)

12 (15%)

7 (8,75%)

Nəzarət qrupu

 

 

 

 

 

 

I (n=20)

2 (10%)

1 (3,33%)

-

-

-

1 (3,33%)

II (n=14)

2 (14,28%)

1 (5%)

1 (5%)

-

-

-

III (n=12)

1 (8,33%)

1 (8,33%)

2 (16,66%)

1 (8,33%)

-

-

 IV (n=14)

-

2 (11,11%)

2 (11,11%)

1 (5,55%)

-

-

Cəmi 60

5 (8,33%)

5 (8,33%)

5 (8,33%)

2 (3,33%)

-

1 (1,66%)

 

Qəbizliyin olması əsas qrupda 27 (33,75%) uşaq üçün xarakter olmuşdur ki, bu da nəzarət qrupuna nisbətən 4 dəfə çoxdur (5 uşaq (8,33%); p <0,01). Qəbizlik şikayətləri əsas qrupun bütün yaşlarında olan uşaqlarda əhəmiyyətli fərqlər olmadan qeydə alınıb, ancaq məktəbəqədər yaş qrupu istisnalıq təşkil etmişdir, belə ki, bu göstərici 6(42,85%) uşaqda aşkar edilmişdir. Nəzarət qrupunda məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında qəbizlik və / və ya qəbizliyə meyllilik halları da qeyd olunmuşdur, lakin daha az (p <0,05).

Müayinə olunan uşaqlar arasında  həzm sisteminin digər pozğunluqlarından  aşağıdakılar qeyd edilmişdir: qazəmələgəlmə və qarnın köp olması, qurultu, gəyirmə, ürəkbulanma, qusma və requrqitasiya (Cədvəl 2).

Meteorizm və qarnın köp olması əsas qrupun 42 (52,5%) uşağında qeyd edilmişdir. 5 (8,33%) uşaqda meteorizm müşahidə edilən nəzarət qrupunun uşaqları ilə müqayisədə, askaridozlu uşaqlarda bu əlamət 6 dəfə daha tez-tez baş vermişdir (p <0,01). Əsas qrupun erkən (21 nəfər - 70%) və məktəbəqədər (13 nəfər - 65%) yaşlı uşaqlarında meteorizm əlamətləri böyük yaşlı uşaqlara nisbətən daha çox aşkar edilmişdir. Nəzarət qrupunda bu xüsusiyyəti bütün yaş qruplarında tək-tək hallarda müşahidə etdik. Statistik təhlil əsas və nəzarət qruplarının I və II yaş yarımqruplarını müqayisə edərkən dürüstlük səviyyəsini (p <0,01) göstərdi.

Qarın boşluğunda tez-tez qurultu ilə bağlı şikayətlər əsas qrupun 45 (56,25%) uşağında olmuşdur ki, bu da nəzarət qrupuna nisbətən 8,4 dəfə çoxdur (p <0,05). Sonuncuda 4 (6,66%) uşaq qurultudan şikayət edib. Askariozlu uşaqların bütün yaş yarımqruplarında qurultu şikayətləri nəzarət yarımqrupları ilə müqayisədə daha çox olmuşdur (p<0,05).

Tez-tez gəyirmə ilə bağlı şikayətlər askaridozlu uşaqlarda nəzarət qruplarına nisbətən 6  dəfə çox qeydə alınıb və əsas qrupun 41 (51,25%) nəfərində qeyd edilib. Nəzarət qrupunun uşaqlarında bu simptom 5 (8,33%) nəfərdə qeyd edilmişdir (p <0,05). Gəyirmə askaridozlu bütün yaş qrupu  uşaqlarında olmuşdur, lakin erkən yaşlı uşaqlarda (18 uşaq - 60%) və məktəbəqədər yaş dövründə (11 uşaq - 55%) bu simptom əsas qrupun böyük yaş qrupu uşaqları ilə müqayisədə  və nəzarət qrupu ilə müqayisədə daha çox olmuşdur (p <0,05).

Ürəkbulanma əsas qrupun 37 (46,25%) uşağında aşkar edilmişdir ki, bu da nəzarət qrupundakı uşaqlarla müqayisədə 14 dəfə çoxdur (2 uşaq - 3,33%; p <0,01). Askaridozlu bütün yaş qrupu uşaqlarında ürəkbulanma müəyyən edilmişdir. Bununla belə, ürəkbulanma şikayətləri nəzarət qrupunda müvafiq yaşda olan uşaqlarla müqayisədə IV (12 uşaq - 66,66%) yarımqrupun  uşaqlarında daha çox olmuşdur (p <0,01). Korrelyasiya təhlili uşaqların yaşı ilə askaridozda ürəkbulanma simptomunun baş vermə tezliyinin birbaşa, çox yüksək korrelyasiya əlaqəsini (r = 0,904; p <0,05) qurmağa imkan verdi.

Əsas qrupun 12 (9,02%) uşağında qusma qeydə alınıb. Bu xüsusiyyət askaridozlu uşaqların bütün yaş yarımqrupları arasında tək-tək hallarda rast gəlmişdir, nəzarət qrupunda isə bu xüsusiyyət olmamışdır.

Askaridozlu 7 (8,75%) uşaqda requrqitasiya simptomu aşkar edilmişdir. Nəzarət qrupundan 1 (1,66%) uşaqda requrqitasiya müşahidə olunub. Bu simptomda  əsas və nəzarət qruplarının göstəriciləri arasında dürüst fərq yoxdur. Yaşdan asılı olaraq bu simptomun təzahüründə də əhəmiyyətli fərq yoxdur.

Askariozlu uşaqlarda nəzarət qrupu ilə müqayisədə əhəmiyyətli dərəcədə daha tez-tez (27 nəfər - 33,75%; p <0,05) nəcisin pozulması, meteorizm, qarın boşluğunda qurultu və bəzən qusma ilə müşayiət olunan ürəkbulanma kimi simptomlar birgə müşahidə olunmuşdur.

Nəzarət qrupunun uşaqlarında ən çox rast gəlinən simptomlar qarında qurultu, qəbizlik və gəyirmə (4 nəfər – 6,66%), həmçinin  meteorizm kimi şikayətlər olub.

Əsas qrupun 67 uşağında (83,75%) iştahasızlıq şikayətləri qeyd edilmişdir ki, bu da nəzarət qrupu ilə müqayisədə demək olar ki, 2 dəfə çoxdur (p<0,01), burada bu əlamət 23 (38,33%) uşaqda qeydə alınıb.

Nəticələr:

1.Askaridozun bağırsaq mərhələsi olan uşaqlarda həzm sisteminin funksional pozğunluqlarının klinik təzahürləri askaridozsuz uşaqlara nisbətən 2,5 dəfə çox aşkar edilmişdir (p <0,01).

2.Askariozlu uşaqlarda əhəmiyyətli dərəcədə daha çox (p<0.05)  nəcisin pozulması, köp, qarında qurultu və ürəkbulanma kimi simptomlar müşahidə edilmişdir. Nəzarət qrupunda bu şikayətlər funksional xarakter daşıyırdı.

3.Korrelyasiya təhlili uşaqların yaşı ilə həzm sisteminin funksiyasının  pozulması tezliyi arasında korrelyasiya əlaqəsinin  (r = -0,927; p <0,05) olduğunu göstərdi. Nəcisin pozğunluqları daha çox erkən yaşlı  uşaqlarda (I yarımqrup: 48 nəfər - 90,57%) və məktəbəqədər yaş dövrüdə (II yarımqrup: 23 nəfər - 79,31%) özünü göstərmişdir. Qeyri-sabit nəcis daha çox (p <0,05) kiçik məktəb yaşlı askaridozlu uşaqlarda aşkar edilmişdir (III yarımqrup: 5 nəfər - 44%). Həzm sisteminin meteorizm, qurultu, gəyirmə kimi disfunksiyaları da daha çox (p<0,05)  erkən yaşda (I yarımqrup) və məktəbəqədər yaş dövründə olan (II yarımqrup) askaridozlu uşaqlarda  müşahidə olunurdu.Askaridoza uşaqların yaşı ilə  ürəkbulan-ma simptomunun baş vermə tezliyi arasında birbaşa, çox güclü bir korrelyasion əlaqə müəyyən olunmuşdur (r = 0,904; p <0,05): bu simptom  askaridoz zamanı böyük məktəbyaşlı  uşaqlarda  (IV yarımqrup: 13 nəfər - 72,22%)   statistik dürüst çox rast gəlmişdir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1. Гельминтные инфекции, передаваемые через почву [Электронный ресурс]. Информ. Бюллетень. – ВОЗ, 2017. – № 366. – Режим доступа: http://www.who.int/mediacentre/factsheets/fs366/ru/

2. Сергиева В.П., Лобзина Ю.В., Козлова С.С.. Издание 3-е, Паразитарные болезни человека (протозоозы и гельминтозы). Под редакцией исправленное и дополненное. - СПб: Фолиант, 2016. - 639 с.

3. Медицинская паразитология и паразитарные болезни. Протозоозы и гельминтозы. Учебное пособие. Под ред профессора С.С. Козлова, профессора М.В. Голубевой. Москва, Издательская группа "ГЭОТАР-Медиа", 2016. - 446 С.

4. Профилактика гельминтозов при вакцинации / И.Б. Ершова, А.А. Мочалова, И.А. Лохматова // Актуальная инфектология. 2015. - №1(6).

5. Əsgərov V.F,Uçaykin V.F. “Uşaqlarda infeksion xəstəliklər”.. Bakı, 2010

6. Ayper Somer, Nuran Salman, İşik Yalcin. “Çocuk Enfeksion hastalikləri”. İstambul tip kitabevleri -2018

7. 15. Lamberton H.L., Jourdan P.M. Human Ascariasis: Diagnostics Update. Curr. Trop. Med. Rep. 2015; N 2. P.


Müəlliflər:
S.İ. Əhmədova
G.X. İbrahimova
M.M. Muxtarov
Ş.M. Rəşidova
S.B. Məmmədov

Digər jurnal və qəzetlər