REPRODUKTİV TEXNOLOQİYA VASİTƏSİ İLƏ BAŞ VERMİŞ HAMİLƏLİKLƏRİN NƏTİCƏLƏRİ

15-04-2010

     Ekstrakorporal mayalanma zamanı çoxdöllülük, özbaşına düşüklər, anomaliyalar, çift qan dövranının çatışmazlığı əlamətləri, müxtəlif ağırlıqlı hamiləlik hestozlarının müşahidə edilməsi metodun effektivliyinin artırılması istiqamətində yeni müalicə tədbirlərinin daxil edilməsini zəruri edir [8,9]. Son vaxtlar bu cür düşüklərin meydana çıxmasında sərbəst radikal reaksiyalarına daha çox önəm verilməyə başlanmışdır. Əldə etdiyimiz ədəbiyyatda adi hamiləliyin gedişində baş verən düşüklərin meydana çıxmasında bu cür  reaksiyaların rolu haqda kifayət qədər məlumatlar vardır [1, 2, 5, 6, 7, 10, 12].
      Bir sıra tətqiqatcilar plasentar çatışmazlıq zamanı lipidlərin peroksid yolu ilə oksidləşmə reaksiyalarını araşdıraraq müəyyən etmişlər ki, cift dölün orqanizmində bu cür proseslərin tənzimlənməsində əvəzsiz rol oynayır [9, 11]. Çift - qan dövranının çatışmazlığı zamanı ciftdə sərbəst radikal reaksiyalarının həddən artıq sürətlənməsi vaxtından qabaq ciftin ayrılmasına gətirib çıxara bilər. Cift qan dövranının çatışmazlığı EKM və EK zamanı özünü daha da qabarıq göstərdiyindən lipidlərin peroksidləşmə proseslərinin tənzimlənməsinin özbaşına  düşüklərin qarşısının alınmasında nə qədər rol oynadığı anlaşılar. Müəyyən edilmişdir ki, qanda malon dialdehidinin (MDA) səviyyəsi ilə hestozun ağırlıq dərəсəsinin arasında birbaşa əlaqə var [3, 4, 14]. Süni mayalanmaya məruz qalmış qadınlarda hestozların ağır keçməsi sərbəst radikal reaksiyalarının həddən artıq sürətlənməsi ilə bağlıdır. Tədqiqatlar göstərir ki, LPO məhsullarının dölün və ananın qanında müəyyən səviyyədən artıq toplanmamasının hamiləliyin normal getməsi üçün önəmli əhəmiyyəti vardır. Müəyyən edilmişdir ki, ana və dölün qanında LPO məhsullarının və  antioksidant sisteminin göstərijiləri bir-birindən fərqlənir. Belə hal ana və dölün qanında sərbəst radikal reaksiyalarının tənzimlənməsində çiftin mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqədardır [13]. Təbii ki, özbaşına erkən düşüklərin meydana çıxmasında yaş faktoru,  anamnezdə ginekoloji xəstəliklərin varlığı (yumurtalıqların funksiyasının pozulması, uşaqlıq şişləri, endometrioz), müxtəlif somatik patologiyalar, psixi pozğunluqları nəzərdən qaçırmaq olmaz [14].
      Bütün toxumalar kimi cift toxuması da zəncirvari reaksiyaların meydana çıxdığı mühit rolunu oynaya bilir. Bu cür proseslərin sərbəst radikal xarakterdə olduğunu göstərən bir neçə əlamət qeyd olunmalıdır.
1.Cift toxumasında müşahidə olunan işemik və iltihabi proseslər hər zaman lipidlərin peroksidləşmə proseslərini aktivləşdirir.
2.Cift toxumasından hazırlanmış toxuma homogenatlarında dien konyuqatlarının toplanması LPO proseslərinin sərbəst radikal xarakterdə olmasını göstərir.
3.Dölyanı mayelərdə (o cümlədən cift toxumasında) sərbəst radikal reaksiyalarının ingibitorlarının (antioksidantlar) toplanması bioloji sistemlərdə zəncirvari reaksiyaların şiddətini azaldır.
    Cift toxumasında müşahidə olunan iltihabi prosesin hər zaman sərbəst radikalların (oksigenin aktiv formaları) əmələ gəlməsi ilə sonuclanır. Qan və toxumaların faqositoz qabiliyyətinə malik hüceyrələrin (neytrofil, monosit, makrofaq) funksional aktivliyi bu hüceyrələrin sərbəst radikalların hansı  dərəcədə generasiya etməsindən asılıdır [5,6].

Tədqiqatın məqsədi: Ekstrakorporal mayalanma və embrionun köçürülməsindən sonar sərbəst radikal reaksiyaları korreksiya olunmuş və olunmamış qadınlarda hamiləliyin gediş xüsusiyyətlərinin öyrənilməsi.

Tədqiqatın vəzifələri:

Köməkçi reproduktiv texnologiyanı tətbiq etməklə baş vermiş hamiləliyin gediş xüsusiyyətlərini öyrənmək.
Ekstrakorporal mayalanma və embrionun köçürülməsindən sonar hamiləliyin aparılma taktikasını işləyib hazırlamaq
Sərbəst radikal reaksiyaları korreksiya olan və olmayan qadınlarda hamiləliyin gediş xüsusiyyətlərini müqayisəli şəkildə təhlil etmək
Tətbiq olunmuş reproduktiv texnologiya nəticəsində doğulan uşaqların vəziyyəti, perinatal xəstələnmə, ölüm göstəricilərinin müqayisəli şəkildə araşdırılması.

Tədqiqatın materialı və metodları.  Əsas qrup - 35 hamilə qadın (spesifik antioksidant mualicə alanlar), müqayisə qrupu – 35 hamilə qadın,  alınan nəticələri düzqün interpretasiya etmək ücün təbii yolla hamilə qalan 46 pasient.

Ekstrakorporal mayalanma proqramına daxil olan pasientlərdə sonsuzluğun səbəbi müxtəlif olmuşdur. Belə ki, boru faktoru əsas qrupda - 22(62,8%), müqayisə qrupunda -21 (60%) pasientdə, endokrin factor müvafiq olaraq 3 (8,6%) və 4 (11%) halda, müştərək factor 8 (22,8%) və 10 (28,5%),  ideopatik factor 2 (5,7%) hamilə qadinda əsas qrupda rast qəlmişdir

Proqrama daxil olan qadinlarda hamiləliyin cəhdlərinin sayı:

1.əsas qrup pasientlərdə ilk cəhtdən 21 (60%), ikinci cəhtdən 8(22,8%), ücüncü cəhtdən 4(11,4%), 4-cü cəhtdən 2(5,7%) olmuşdur.

2.müqayisə qrup pasientlərdə  ilk cəhtdən 14 (40%), ikinci cəhtdən 16(45,7%), ücüncü cəhtdən 5 (14%), 4-cü cəhtdən 2(5,7%) olmuşdur.

Müayinə edilmiş xəstələrin 30-da (42.9%) endokrinopatiya aşkar edilmişdir. Bu pasientlərdən 16-ı müqayisə qrupuna, 14-ü əsas qrupa aid olan qadınlar olmuşlar.

Alınmış nəticələr və müzakirələr.Endokrinoloji pozğunluqlar böyrəküstü vəzin funksiyasının zəifləməsi, somatotrop hormonun hipersekresiyası, prolaktinin ifrazının artması və hipo-hipertikoz cədvəldə özünü göstərmişdir (cədvəl 1). Bu dəyişikliklərin əksəriyyəti özünü subklinik formada büruzə vermişdir. Endokrinopatiyaların aşkar manifest halı somatotrop hormonun hipersekresiyası zamanı özünü göstərmişdir.

Cədvəl  № 1. 

EKM və EK proqramına daxil edilmiş pasiyentlərdə  endokrinopatiyaların rastgəlmə tezliyi 

Endokrinopatiyanın forması

Klinik   formalar

Subklinik

Klinik

Cəmi

Hipo- və hipertikoz

5 (7,1%)

4 (5,7%)

9 (12,9%)

Hiperprolaktinemiya

7 (10,0%)

3 (4,3%)

10 (14,3%)

Hipo- və hiperkortisizm

6 (8,6%)

2 (2,9%)

8 (11,4%)

Somatotrop hormonun hipersekresiyası

2 (2,9%)

1 (1,4%)

3 (4,3%)

      Müşahidələrimiz göstərir ki, sərbəst radikal reaksiyalarının ən çox aktivləşməsi özünü hamiləliyin 12-ci həftəsində göstərməyə başlayır.
      Cədvəl 2-dən görünür ki, 7, 8, 9-cu həftələrdə də sərbəst radikal reaksiyalarının şiddəti özünü yüksək rəqəmlərlə ifadə etmiş olur. 7, 8, 9, 12-ci həftələrdə bir tərəfdən hormonal çatışmazlıq, digər tərəfdən isə lipidlərin peroksidləşmə proseslərinin ağılasığmaz dərəcədə aktivləşməsi göstərilən dövrün nə qədər həlledici olduğu məsələsini ortaya qoyur. Hormonal müalicənin aparılması problemin həllinin yarısıdır, digər tədbirlər isə sərbəst radikal reaksiyalarının tənzimlədilməsinə yönəldilməlidir. 7, 8, 9, 12-ci həftələrdə hormonal çatışmazlıq da özünü aşkar şəkildə göstərir. Bu cür çatışmazlıq nəzarət qrupuna nisbətən müqayisə qrupunda daha qabarıq şəkildə özünü büruzə verir.

Müşahidələrimiz göstərir ki, düşük təhlükəsi olan pasiyentlərdə (cəmi 27) boru, endokrin və ideopatik faktor mühüm rol oynayır. Bu pasiyentlərin əksəriyyətinin yaş fərqi 35 çox olmuşdur. Aşağı yaşlarda düşüklərin az olmasının səbəblərindən biri bizim fikrimizcə antioksidant sistemində gedən dəyişikliklərlə əlaqədardır. Onsuzda antioksidant mühafizə sistemi zəif olan qadınlar da yaşın 3-5 il artması 1-3 embrionun bətndə saxlanmasına kifayət etmir. Bu hal bizim tədqiqatlarımızla da sübut edilmişdir (cədvəl 3). Hamiləliyin 12-ci həftəsində LPO proseslərinin araşdırılması zamanı yaşlı pasiyentlərdə sərbəst radikal reaksiyalarının daha şiddətli getdiyi aşkar edilmişdir (şəkil 1).

Cədvəl  № 2.

EKM və EK proqramına daxil edilmiş hamilə qadınlarda XQ, MDA və qlütationun dinamikada dəyişməsi 

 

Həftələr

Nəzarət qrupu

Müqayisə qrupu

XQ

MDA

qlütation

XQ

MDA

Qlütation

Hamiləlikdən əvvəl

10,0±0,3

(6-15)

8,3±0,4

(6,8-10)

3,72±0,12

(2,8-4,5)

7,0±0,2

(3,2-11,6)

***

7,3±0,3

(6,2-9,7)

 

2,41±0,09

(1,3-3,3)

***

Hamiləlikdən dərhal sonra

-

10,1±0,5

(7,6-12,4)

2,1±0,15

(1,6-2,9)

-

16,1±1,2

(11,1-21,7)

***

2,89±0,25

(2,3-3,5)

**

2 həftə

12,1±0,4

(6,8-19,1)

11,0±0,8

(8,7-15,2)

2,13±0,16

(1,6-2,8)

9,0±0,3

(4,7-14,6)

***

17,2±1,4

(12,6-24,1)

***

1,78±0,1

(1,2-2,5)

 

7 həftə

39,8±2,6

(24,6-51,7)

15,4±1,0

(10,7-20,3)

2,09±0,12

(1,4-2,7)

32,1±2,3

(19,6-44,4)

*

23,3±1,6

(16,1-30,4)

***

2,08±0,13

(1,3-2,7)

8 həftə

75,3±4,4

(51,2-94,4)

14,3±1,0

(9,9-18,7)

2,67±0,17

(1,8-3,3)

48,7±3,1

(29,6-61,2)

***

24,7±1,6

(17,2-31,1)

***

1,2±0,08

(0,7-1,8)

***

9 həftə

54,4±3,7

(37,6-78,3)

16,0±1,5

(11,2-21,3)

1,42±0,06

(0,6-2,0)

37,6±2,4

(19,9-54,6)

***

22,6±1,5

(15,9-29,3)

***

0,86±0,04

(0,4-1,2)

***

12 həftə

20,9±1,1

(11,6-40,7)

13,0±0,9

(9,7-18,9)

2,76±0,16

(1,8-3,4)

26,1±1,5

(14,2-39,4)

**

26,0±1,7

(18,1-32,0)

***

1,02±0,05

(0,5-1,6)

***

20 həftə

-

14,5±1,0

(9,9-19,6)

-

-

21,4±1,6

(15,5-28,9)

***

-

32 həftə

-

13,8±0,9

(9,5-18,7)

-

-

18,6±1,5

(13,1-25,7)

***

-

Hamiləliyin son həftəsi

-

15,5±1,1

(10,7-20,9)

-

-

24,5±1,8

(16,2-30,3)

***

-

Doğuşdan dərhal sonra

-

16,3±1,1

(11,3-21,1)

-

-

19,7±1,8

(12,5-26,6)

 

-

 

Qeyd: nəzarət qrupunun göstəriciləri ilə fərqin statistik dürüstlüyü:

* – p <0,05; ** – p <0,05; ***– p <0,001.

Cədvəl  № 3.

EKM və EK proqramına  daxil edilmiş pasiyentlərdə antioksidant mühafizə sisteminin yaşdan asılılığı (12-ci həftə)

Göstəricilər

Y    a    ş

25-30

(n=9)

31-35

(n=17)

36-40

(n=7)

41-48

(n=2)

MDA

23,3±1,2

(18,1-27,2)

25,6±1,2

(20,6-29,6)

26,8±1,2 *

(21,2-30,5)

30,3; 32,0

Qlütation

1,9±0,1

(1,1-1,6)

1,1±0,08 *

(0,6-1,5)

1,0±0,09 *

(0,5-1,4)

0,5; 0,6

 

Qeyd: 25-30 yaşlı hamilələrin göstəriciləri ilə fərqin statistik dürüstlüyü: * – p <0,05.

 

Şəkil 1. EKM və EK proqramına daxil edilmiş pasientlərdə antioksidant mühafizə sisteminin yaşdan asılığı.

Müşahidələrimiz göstərir ki, çoxdöllü pasiyentlərdə antioksidant mühafizənin zəifləməsi daha aşkar şəkildə özünü göstərir. Çoxdöllü hamiləliklər də embrionların implantasiyası zamanı sərbəst radikal reaksiyarının daha çox aktivləşməsi, çift qan dövranının çatışmazlığı fonunda oksigenin aktiv formalarının həddən artıq sintezi çiftdə (oksidləşmə proseslərinin pozulması nətijəsində) histostruktur zədələnmələrinin yaranmasına səbəb olur ki, bu da nəticədə hamiləliyin pozulmasına gətirib çıxarır (cədvəl 4).

Cədvəl  № 4.

Çoxdöllü və birdöllü hamiləlik zamanı antioksidant sisteminin vəziyyəti

Göstəricilər

Döllərin   sayı

Bir döl (n=10)

Çoxdöllülük (n=25)

MDA

20,7±1.1

(18,1-25,2)

24,5±1,2*

(20,6-32,0)

Qlütation

1,41±0,1

(1,1-1,6)

0,93±0,08**

(0,5-1,4)

Qeyd: 1 döllü hamilələrin göstəriciləri ilə fərqin statistik dürüstlüyü:

* – p<0,05; ** – p<0,01.

Əsas qrupa daxil edilmiş pasiyentlərdən 5-də ilk trimestrdə düşük qeyd edilmişdir. Lipidlərin peroksidləşmə proseslərinin həddən artıq aktivləşməsi düşüklərin baş verməsində və dölün hipotrofiyasında özünü göstərir. Düşüklər baş vermiş pasiyentlərin hamısında (cəmi 9 pasiyent) patoloji hal müşahidə edilməzdən əvvəl qanda sərbəst radikal reaksiyaları həddən artıq aktivləşmiş olur, müvafiq olaraq düşüklər baş vermiş və baş verməmiş pasiyentlərdə MDA 27,2±1,6 mkM/ml və24,8±1,7  mkM/ml olmuşdur. Göründüyü kimi EKM proqramına daxil edilmiş xəstələrin hamısında sərbəst radikal reaksiyaları həddən artıq sürətlənir. Lakin bu sürətlənmə düşüklər baş vermiş hamilə qadınlarda özünü daha qabarıq şəkildə göstərir. Əsas qrupa daxil olan qadınlarda (cəmi 5) düşük baş verməzdən qabaq MDA yenə də yüksək olaraq qalır (müvafiq olaraq 24,8±1,7 mkM/ml). Bu qrup xəstələrdə kəskin antioksidant çatışmazlığı olduğundan aparılmış spesifik müalicə müqayisə qrupuna nisbətən MDA-nın bir qədər aşağı düşməsinə səbəb olmuşdur. Düşüklər baş verməmiş əsas qrup pasiyentlərdə isə MDA nəzarət qrupundan həmişə yüksək olur (müvafiq olaraq 14,5±1,1 mkM/ml və 11,9±1,6 mkM/ml) EKM proqramı çərçivəsində baş vermiş hamiləliklər zamanı MDA-nın bir qədər yüksək olması süni mayalanmanın (o cümlədən hamiləliyin gedişi) xüsusiyyətləri ilə əlaqədardır.

Hamilə qadınlarda müşahidə olunan oksidləşmə reduksiya proseslərini daha aydın şəkildə təsvir etmək və düzgün proqnostik kriteriya vermək üçün SH/SS nisbətindən istifadə edilmişdir.

Hestozlar müşahidə edilmiş pasiyentlərdə ənənəvi müalicə metodlarından (dietoterapiya, maqnezium-sulfat inyeksiyaları, trankvilizatorlar, spazmolitiklər, sidik qovucular, hipotenziv, antihistamin preparatlar) istifadə edilməsinə baxmayaraq müalicədən sonra SH/SS nisbəti o qədər də dəyişmir və 0,79±0,06 olur (müvafiq olaraq müalicədən əvvəl SH/SS 0,75±0,04 olmuşdur). SH/SS nisbəti hamiləlik ödemində 0,75±0,05, nefropatiyada isə 0,38±0,02 olmuşdur. Nisbətin 0,38±0,02-dən aşağı düşməsi pis proqnostik əlamət olub, preklampsiya və eklampsiyanın başlandığını göstərir.

Müşahidələrimiz göstərir ki, 4-cü həftədən başlayaraq sərbəst radikal reaksiyalar həddən artıq aktivləşmiş pasiyentlərdə hamiləliyin vaxtından qabaq pozulma təhlükədə həmişə yüksəlmiş olur. Müvafiq olaraq vaxtından qabaq doğuş təhlükəsi olan müqayisə və əsas qrupa daxil olan pasiyentlərdə MDA 28,1±1,3 mkM/ml və 22,4±1,6 mMol/ml olmuşdur. Əsas qrupa daxil olaraq antioksidant müalcəsi aparılmasına baxmayaraq MDA nəzarət qrupuna daxil olan pasiyentlərdən həmişə (vaxtından qabaq doğuş təhlükəsi olan və olmayan qadınlarda MDA müvafiq olaraq 16,9±0,7 və 12,5±1,0 mMol/ml olmuşdur) fərqlənir. Bunun əsas səbəbi müxtəlif səbəblərdən bu qrup pasiyentlərdə sərbəst radikal reaksiyalarının nəzarət edilə bilməyəcək səviyyədə aktivləşməsi ilə bağlıdır).

Vaxtından qabaq doğuş qeyd edilmiş müqayisə qrup pasientlərdə MDA cift toxumasında maksimal (27,2±1,6 mkMol/ml) toplandığı halda, əsas qrup pasientlərdə bu göstərici müvafiq olaraq 21,4±1,3 mkMol/ml olmuşdur.

Amniotik mayedə pH-in təyin edilməsi dölün hansı dərəcədə hipoksiyaya (asfiksiya) məruz qaldığını təyin etməklə yanaşı maddələr mübadiləsinin də neçə pozulması haqda da geniş informasiya verir. Vaxtından qabaq doğuş baş vermiş və baş verməmiş müqayisə və əsas qrup pasiyentlərin amniotik mayelərinin müayinəsi göstərir ki, MDA artdıqca pH aşağı düşməyə başlayır (müvafiq olaraq, vaxtından qabaq doğuş baş vermiş əsas və müqayisə qrup pasiyentlərdə MDA və pH 27,8± mkMol/ml, 7,11 və 27,8 mkmol/ml, 6,89 olmuşdur). Nəzarət qrupuna daxil olaran vaxtından qabaq doğuş təhlükəsi müşahidə edilmiş pasiyentlərdə dölün hipoksiyası aşkar olunur (pH=7,136±0,015). Müqayisə qrupunda daxil olaraq təbii doğuş baş vermiş pasiyentlərdə doğuş zəifliyi müşahidə olunmuşdur. SH/SS nisbətinin öyrənilməsi göstərir ki, göstəricinin 0,43±0,02 düşməsi hər zaman vaxtından qabaq doğuşla nəticələnmişdir. Nisbətin 0,72± 0,04 olması yenidoğulmuşların Apqar şkalası üzrə 7-8  bala uyğun gəldiyini göstərir. Doğuşların hamısı Kesar əməliyyatı ilə başa çatdırılmışdır (1 halda təbii yolla doğuş baş vermişdir.

EKM proqramına daxil olan hamilə qadınlardan (cəmi 56 qadın) 87 uşaq dünyaya qəlib. Bunlardan 43 uşaq (26 qadın) müqaymsə qrupunda dünyaya qəliblər, olarlan 5-i ölü doğulmuşdur. 44 uşaq isə əsas qrupda (30 qadın) olmuşlar, 3-ü ölü doğulmuşdur. Müqayisə qrupuna daxil olan yenidoğulmuşlardan 4-ü həyatlarının ilk həftəsində ölmuşlər (2 uşaqda ağır formada ürək qüsuru, 2 uşaqda iki tərəfli pnevmoniya). Əsas qrupa daxil olan uşaqlardan 2-si ilk həftədə ölmüşlər, ölümə səbəb 1halda həyatla uyuşmayan ürək qüsuru, 1 halda isə mədəcikdaxili qansızma olmuşdur. «Take baby home» göstəricisi müqayisə qrupunda 34 yenidoğulmmuş, əsas qrkpda isə 39 yenidoğulmuş olmuşdur. Doğulmuş körpələrin həyat göstəricilərini qiymətləndirmək istifadə edilmişdir. Qeyd olunanları yekunlaşdıraraq demək olar ki, EKM zamanı meydana çıxan vaxtından qabaq doğuşların əsas səbəbi ciftdə, ciftxarici qişalarda o cümlədən amniotik mayedə lipidlərin peroksidləşmə proseslərinin həddən artıq sürətlənməsidir. Sərbəst radikal reaksiyalarını antioksidantlarla (emoksipin) tormozlandırılması bir tərəfdən hamiləliyin gedişində baş verə biləcək ağırlaşmanın qarşısını alırsa, digər tərəfdən ana orqanizmində müşahidə edilən oksidativ  stresdən pasiyenti mühafizə edir.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Əliyeva P.İ. Hipoxrom anemiyalı ilk gec doğan qadınlarda lipid mübadiləsinin pozulması və onun korreksiyası. Avtoref… t.e.n. Bakı, 2008, 20s
2.Абрамченко В.В.  Антиоксиданты и антигипоксиканты в акушерстве. Санкт-Петербург, 2001, 400 с.
3.Буранова Ф.Б. Особенности течения беременности и родов у женщин с бесплодием воспалительного генеза, подготовленных к участию в программе экстракорпорального оплодотворения с применением плазмафареза. // Российский вестник акушера-гинеколога, 2010, Т.10, № 2, с.43-48
4.Бурлеев В.А. Функциональная активность эндометрия влияет на результаты ЭКО и ПЭ: молекулярные механизмы регуляции фертильности. // Проблемы репродукции, 2010, Т.16, № 2, c.41-52
5.Бурлеев В. А.,  Мурашко Л.Е., Коновалова Е.Н.  Антиоксидантные витамины у беременных с железодефицитной анемией и гестозом на фоне лечения // Акушерство и гинекология. 2002, № 6, с.16-20
6.Колесникова Л.И. Пероксидация липидов и система антиоксидантной защиты у женщин с эндокринными факторами бесплодия. // Журнал акушерства и женских болезней, 2008, Т.57, вып.1, c.52-56
7.Козловская А.В., Шадрина В.Д., Бойко Е.Р. Состояние антиоксидантных  ферментных систем у рожениц Севера. // Акушер. и гинекол., 2007, № 1, с.14-16
8.Лебедев В.А., Белоцерковцева Л.Д., Шашин С.В. и др. Гиперпластические процессы эндометрия. Избранные лекции по акушерству и гинекологии. М.: Медицина, 1996, с.289-302
9.Прокопенко В.М., Парацалис Г.К., Бурмистров О.С. Глутатионзависимая система антиоксидантной защиты в плаценте при невынашивании беременности //  Физиология человека, М. 2006, Т.32, № 2, с.84-86
10.Сидорова И.С., Барсель В.А., Эдокова Б.А и др. Выраженность процессов перекисного окисления липидов и состояние механизмов антиоксидантной защиты. // Проблемы репродукции , 2001, № 5, с.14-16
11.Сидорова И.С., Макаров И.О, Шешукова Н.А. Применение Актовегина для профилактики и терапии фетоплацентарной недостаточности у беременных группы высокого риска // Фарматека: международный медицинский журнал, 2007, № 10, с.66-68
12.Степанькова Е.А. Состояние свободнорадикального и антиоксидантного статуса и коррекция этих нарушений при острых воспалительных заболеваниях органов малого таза // Акушерство и гинекология, 2007, № 4, с. 41-45
13.Dirican M., Safak O., Uncu G., Sarandol E. Susceptibility of red blood cell lipids to in vitro oxidation and antioxidant status in preeclampsia. // Eur J Obstet Gynecol Reprod Biol. 2008, 140(2), 158-164
14.Gupta S., Agarval A., Sharma R.k. The role of placental oxidative stress and lipid peroxidation in preeclampsia. // Obstet Gynecol Surv., 2005, 60 (12), 807-816.


Müəlliflər:
N. F. Məmmədova

Digər jurnal və qəzetlər