QALXANABƏNZƏR VƏZİ SİSTEMİNİN PATOFİZİOLOJİ ƏSASLARI

27-03-2017

Qalxanabənzər vəzi tək üzvlərdən olub nəfəs borusu ilə qırtlağın önündə yerləşir. Rəngi sarımtıl-qırmızı, konsintensiyası yumşaq və xarici səthi paylıdır. Vəz boğazdan sağ və sol paylardan ibarətdir. Boğazın ön səthi qabarıq, arxa səthi isə basıq olub nəfəs borusunun üçüncü və dördüncü qığırdaq halqalarına söykənmişdir. Payların uzunluğu 6 sm, eni 4 sm, qalınlığı isə 2 sm-dir. Ümumiyyətlə, vəzin kütləsi qadınlarda kişilərə nisbətən artıq olaraq hamiləlik dövründə bir az da qalınlaşır. Xaricdən boyunun xüsusi fasiyasından kəşf olan fibroz kapsula ilə əhatə olunaraq qonşu üzvlərdə təsbid olunmuşdur [5]. Kapsuldan vəzin daxilinə xüsusi liflər daxil olaraq onu müxtəlif travmalardan mühafizə edir. Vəzin daxili birləşdirici toxumadan ibarət olan stromadan və follikulardan təşkil olunan parenximdən ibarətdir. Follikullar birləşərək paycıqlar əmələ gətirir ki, onların arasındakı boşluqda zülali yodlu qlobulinlərdən təşkil olunmuş sarımtıl şüşəyəbənzər kolloid maddə yerləşir. Qalxanabənzər vəzin hormonunun yodlu qlobulinlərdən həmçinin də epiteli hüceyrələri tərəfindən ifraz olunduğu güman edilir [1]. Müəyyən olunmuşdur ki, orqanizimdə yod çatışmayanda bu hüceyrələrin fəaliyyəti zəifləyərək qanda treoidin hormonunun çatışmazlığına bais olaraq vəzinin xəstəlikləri ilə nəticələnir.

Vəzin yan payları damar dəstəsinə, cismi isə udlağa söykəndiyindən patoloji proses nəticəsində hipertrafiyaya uğrayaraq xəstədə təngənəfəsliyə və taxikardiyaya səbəb olur. Ağız boşluğu ilə kor dəlik vasitəsilə funksional əlaqədə olur. Çox nadir edilən liflərdə qalxanabənzər vəzinin inkişafdan qalaraq onun aplaziyasına da rast gəlmək olur. Döldə və kiçik yaşlı uşaqlarda sonra isə həddi-buluğ dövründə vəzinin çəkisi nisbətən artıq olur. Yaşlandıqca parenximada gedən dəyişlik nəticəsində vəzi həm kiçilir, bəzən də atrafiyaya uğraya bilər. Vəzinin boyun kötüyündən sərbəst ayrılan qalxanabənzər arteriya qidalandıra-raq onun qanla təhcizatını və konsistensiyasını sabit saxlayır [10].

Venalar isə tək və kələflər şəklində bazu venasına birləşərək vidaci venalarla əlaqələndirilir. Limfa damarlarının miqdarı artıqlıq təşkil edərək vəzin follikulları ilə birləşərək tireoidin hormonunun sintezində iştirak edirlər. Qalxanabənzər vəzin innervasi-yasında simpatik və parasimpatik sinir şaxələri rol oynayaraq vəzin vazomator və sekretor funksiyalarını nizamlayırlar.

Treoidin hormonu maddələr mübadiləsinə təsir göstərərək oksidləşmə prosesini yaxşılaşdırır, yağların yanmasını nizamlayaraq bədəndə enerjinin yaranmasını artırır [2]. Sümüklərin uzununa inkişafını təmin edərək epifizləri birləşdirərək onun möhkəmliyini saxlayır. Heyvanlarda vəzi çıxartdıqda sümük inkişafdan qalır. Heyvan çox əsəbi görünür, beynin həcmi kiçilir eybəcərləşərək arıqlayır ki, buna cachexia thyreopriva adlanır [6].

Uşaqlarda isə boy inkişafdan qalır əqli inkişaf mifləyir. Dəri yumşalaraq qabarır əl vurduqda barmaqların izi qalır, cinsiyyət üzvləri nəzərə çarpan dərəcədə inkişafdan ləngiyir. Böyüklərdə isə sulu şiş deyilən miksedema xəstəliyi baş verir. Müəyyən səbəblərdən treiodin hormonu qanda artıqda insanlarda yüksək dərəcədə həssaslığına vegetativ sinir şöbəsinin pozğunluğuna gətirib çıxarır ki, bu da nəbzin tezləşməsi, tərləmə, ətrafların soyuması ilə göz almasını irəli çıxararaq onun bərəlməsi ilə nəticələnir [9].

Qalxanabənzər vəzin törəmələrindən danışarkən bunlar qadınlarda kişilərə nisbətən çox rast gəlinir. Xüsusən endemik zonalarda prosesin xərçənglə nəticələndiyinə rast gəlinir. Bu zonalara ABŞ-ı və İzraili göstərmək olar. Xəstələrdə səsin xırıltılı olması, boyun nahiyəsində ağrılar regionar boyun limfa vəzilərinin böyüməsi, udqunmanın və nəfəs almanı çətinləşdirir dəridə ulduzcuqlarla müşaiyət olunan teleanginada ektaziyaların əmələ gəlməsi nəzərə çarpır. Obyektiv müayinədə vəzin böyüməsi qabarıq və qalın olması konsistensiyası bərk və düyünlü olması nəzərə çarpır.

Histoloji müayinə nəticəsində follikulyar və papilyar forması ayırd edilir ki, onlardan follikulyar forma daha da fəsadlı gedişə malik olur.

Qalxanabənzər vəzin funksiyasını və patoloji vəziyyətlərini aşağıdakı müayinələr vasitəsilə müəyyənləşdirirlər. Qanın analizi, ultrasəs müayinəsi (USM), PET, MRT,  biopsi-ya liflərin qoskopiya və angioqrafiya.

Qalxanabənzər vəzi tiroksin və triyotironin hormonları ifraz edərək boyatmanı, toxuma mübadiləsini assimilasiyanı, dissimlasiyanı tənzimləyərək orqanizmdə enerji mübadiləsini də stabilləşdirir.

Vəzin hiperfunksiyası və hipofunksiyası müxtəlif patoloji proseslərin inkişafına gətirib çıxarır. Eyni zamanda ekoloji pozğunluqlarla əlaqədar olan radiasiya, genetik faktorlar, qidada yod çatışmazlığı və zərərli vərdişlər də xəstəliyə yol aça bilir. Təcrübə göstərir ki, vəzin hormonlarında dəyişiklik olunmadıqda belə digər orqanlarda metabolik dəyişikliklər aşkar oluna bilər. Aparılan elmi tədqiqat müşahidələri göstərmişdır ki, vəzin sekresiya etdiyi hormonların səviyyəsinə digər daxili sekresiya vəzilərinin (hipoviz, böyrəküstü vəzi, hipotalamus və cinsiyyət vəziləri) statusları da təsir göstərir.

Hipovizin ciddi xəstəlikləri zamanı qalxanvari vəzdə ikincinsli hipertrioz baş verir ki, bu da ümumi halsızlıq, taxikardiya, tərləmə, yuxunun pozulması, nevrotik pozğunluq, iştahanın artması,  bədən kütləsinin azalması, bağırsağın dissfunksiyası, işıqdan qorxma (fotofabiya), göz suyunun axması, ekzaftulm və menustral tsiklin pozulması ilə səciyyələnir. Hipertrioz ciddi xəstəlik olub vaxtında müalicə olunmadır. Çünki, diqqət olunmadıqda ürək əzələsinə toksiki təsir göstərərək qulaqcıqların fibrilyasına gətirib çıxarır [4].

Hipotrioz isə qalxanvari vəzi hormonlarının azalması nəticəsində baş verir. Buna xaşirmoto yaxud ilkin treoidit də deyilir. Hipotreozun digər formaları hipetolamusda da olan dəyişikliklər nəticəsində inkişaf edə bilir.

Hipotreozun bu formalarında sifətdə və ətraflarda ödemin olması bədən kütləsinin artması, depressiv vəziyyət, saçların, dırnaqların nazikləşərək qırılması, səsin xırıltılı və danışığın yavaşıması, yaddaşın zəifləməsi və dərinin quruluğu ilə səciyyələnir. Hormonlar universal olduğundan bütün orqan və sistemlər zədələnmiş olur.

Hipertrioz ilə hipotreozun müalicəsində vəzin hormonlarının əvəzedicilərini uzunmüddət qəbul etməklə aparılır. Düyünlü formalarda isə əməliyyata ehtiyac duyulur. Uşaqlarda anadangəlmə hipotreoz ana hamilə olan zaman yod çatışmazlığı nəticəsində meydana çıxır və kiritinizm və fiziki inkişafdan geriqalma ilə özünü göstərir.

İnsanlarda qalxanabənzər vəzin dissfunsiyası ilə müşahidə olunan xəstəliklərdən biri  tireotoksikozdur.

Bu vəzin əsas zədələnmə sindromlarından olmaqla əsasən diffuz toksiki düyünlü zob, autoimmun treoditin müəyyən inkişaf mərhələlərində meydana çıxır. Xəstələri ürək döyünməsi, arıqlama, tərləmə, əl barmaqlarının əsməsi, bəzi hallarda sinir psixi oyanıqlığın yüksəlməsi, diqqət ilə yaddaşın zəifləməsi narahat edir [3].

Digər daha təsadüf olunan xəstəliklərindən biri də boğaz urudur. Bu xəstəlik zamanı qalxanabənzər vəzi böyüyüənə qədər insanları narahat edən şikayətlər olmur. Həcmi böyüyərkən ətraf toxumalara təzyiq göstərdiyinə görə xəstəlik bəzi əlamətlərlə özünü biruzə verir. Bunlara öskürək, səsin tutqunluğu tez-tez qəhərlənmə hissi, udqunmanın çətinləşməsi, əyilərkən başın hərlənməsi aiddir.

Hipotireozlu endemik ur üçün tənəffüs yollarının tezləşən iltihabi, arterial təzyiqin azalması, ürək nahiyyəsində ağrılar, fiziki iş zamanı təngənəfəslik, qarın köpü, bədən temperaturunun azalması, saçların tökülməsi, gecə yuxusuzluğu xarakterikdir [11].

Diffuz və ya düyünlü tokskiki ur zamanı nəbzin sürətlənməsi və intensiv olması, aritimiya, ürək ağrıları, qıcıqlanma, hafizənin zəiflənməsi, kişilərdə potensiyanın zəifləməsi, qadınlarda isə çox vaxt aybaşının olmaması, aclıq fonunda çəkinin azalması, uzun sürən subfebril hərarət (37,5-38 C0), dərinin quru  və isti olması, bərəlmiş gözlər nəzərə çarpır.

Diaqnoz USM ilə və qanda qalxanvari vəzin hipovizin hormonlarını təyin etməklə dəqiqləşir. Xəstəliyin ilk günlərindən vəzi əlləmək mümkün olur, lazım gəldikdə zobun düyünündən iynə vasitəsilə biopsiya götürüb histoloji müayinəyə göndərilir.

Cərrahi əməliyyata göstəriş olduqda müasir dövrdə xəstəyə əməliyyatdan sonra estetik qüsur üçün məqsəd endoskopik müayinəni monitorqun nəzarəti altında aparırlar [8].

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy.

2.Anatomy: Embryologie.

3.https://health.mail.ru/disease/tireotoksikoz/.

4.immunitet.az/news/endokrinoloji.../1577-hipertrioz.htm.

5.Jump up↑ Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, səh. 256-279, "MAARİF" Nəşriyyatı, Bakı – 1982.

6.Med Ekspert.

7.medportal.ru › Энциклопедия › Эндокринология.

8.news.atv.az/.../25374-zob-xesteliyi-haqqinda-bilmediklerimi...

9.Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982.

10. Синельников Р. Д. Атлас анатомии человека (4 тома)

11.saglamolun.az/.../383-zobun-simptomlar-muealicsi-v-profila..


Müəlliflər:
A.A. Rüstəmov

Digər jurnal və qəzetlər