CİVƏ AĞIR METAL BİRLƏŞMƏLƏRİNİN ORQANİZMƏ TOKSİKİ VƏ ALLERGİK TƏSİRİ

09-12-2019

Annotasiya

Civə ağır metal birləşmələrinin faydalı çuxur mədənlərinin eroziyası və elektrik sənayesinin geniş istifadəsi ilə əlaqədar olaraq, xarici mühitə külli miqdarda toksiki məhsullar buraxılır. Bunlar ekologiyanın fauna və florasına zəhərləyici təsir göstərərək ekoloji tarazlığı pozurlar. Çirklənmiş hava insanlarla təmas yollarından asılı olaraq, müxtəlif orqanlarda patoloji dəyişikliklər əmələ gətirirlər. Dəriyə təsir edərək onun ixtiyozlu dermatidini və sərtləşməsini törədir. Eyni zamanda, dərialtı piy təbəqəsi bərkiyərək əzələ tonusunun yüksəlməsinə və onun təqəllüsünün zəifləməsinə gətirib çıxarır.

Respirator orqanlarda bronxitə, bronxoloitə və pnevmoskleroza şərait yaradaraq, ağır hipoksiya ilə nəticələnir. Qaraciyərin hepatosid hüceyrələrinə toksiki, autoimmun təsirindən onun funksiyalarının pozulması baş verir. Dəniz biosentlərinin, xüsusən balıqların toksiki dəyişikliklərindən onunla qidalanan insanlarda kəskin zəhərlənmələr müşahidə olunaraq ciddi profilaktik tədbirlərinin görülməsinə ehtiyac duyulur.

Sənayə və kənd təsərrüfatı məmulatlarının istehsalında ağır metallar kifayət qədər tətbiq olunur. Bu zaman xarici mühitə buraxılan zəhərli maddələr onun fauna və florasına təsir göstərərək ekoloji tarazlılığı pozulur və insan üçün təhlükəli patoloji prosesləri formalaşdırırlar. Bu səbəbdən toksiki faktorların insan orqanizminə təsirinin öyrənilməsi və uyğun profilaktik tədbirlərin vaxtında aparılması vacib problem kimi diqqətdə saxlanılır.

Ağır metalların nomenklaturası müxtəlif anlayışlara əsaslanaraq tərtib olunur. Təxminən 40-a qədər ağır metal növləri mövcuddur. Əksər hallarda onların növləri atom sıxlıqlarından asılı olaraq tərtib edilir. Digər meyar isə dəmirin sıxlığına yaxın olan 8 q | sm3 qəbul edilir. Təsnifata daxil edilmiş ağır metallardan biri də civədir. Onun tətbiqində kimyəvi xassələrindən əlavə ekoloji, bioloji və tokigenliliyi nəzərə alınmaqla tibbdə və sənayenin başqa sahələrində istifadə olunur. 

Civə orqanizmdə bioloji metabolik hüceyrə funksiyalarını stimullaşdırmaqla yanaşı olaraq toxumalarda kumulyasiya etməklə bəzi xəstəliklərin baş verməsini və fəsadlaşmasını asanlaşdırır. Aparılan mühafizə tədbirlərinə baxmayaraq başqa ağır metallar kimi civənin konsentrasiyası da ətraf mühitdə yüksək olaraq həmçinin duman tozları vasitəsilə də yayılaraq canlı orqanizmlərə toksiki təsir göstərir. Atmosfer tozunun tərkibində təxminən 12000 ton civə miqrasiya edir. Çuxurların eroziyası zamanı və elektrik stansiyalarının işlənməsində əmələ gələn civə kömür şəklində dənizə və okeanlara düşərək davamlı bakteriyaların təsirindən toksiki birləşmələr əmələ gətirir. Bu isə əhalinin dəniz biosentlərindən olan balıqlardan qidalanarkən kəskin zəhərlənmələrlə nəticələnir.[1]

Civənin toksiki təsirini sulfidril və tiyol birləşmələri göstərərək bəzi bakteriyalar, yosunlar və göbələklər bunları mənimsəyərək toxuma və hüceyrələrdə aşağıdakı metabolik pozğunluqlar törədirlər.Hüceyrələrin fizioloji proseslərdə iştirak edən bioloji fəal maddələrin requlyator funksiyalarını ləngidirlər.

1)Hüceyrənin ifraz elədikləri fermentlərin təsir gücünü bloklaşdıraraq orqanlarda funksional çatışmazlığa gətirib çıxarır.

2)Bioloji enzimlərin fəaliyyət mərkəzini inaktivləşdirərək maddələr mübadiləsini total metabolik pozğunluqlarına şərait yaradır. Həmçinin həyati vacib olan zülal və karbohidratların sintezlərini və mənimsənilməsini ləngidir. [2]

Civə toksinlərinin orqanizmə daxilolma yollarından asılı olaraq orqanlarda spesifik patoloji dəyişikliklər əmələ gətirir. Civənin zərərli ionları dəri ilə təmasda olarkən kumilyativ təsir göstərərək əvvəlcə onun ödeminə sərtləşməsinə, qaşınmasına gətirib çıxaran ixtiyozlu toksiko-allergik dermatidlər yaradırlar. Dərialtı piy təbəqəsi isə sərtləşərək əzələnin hipertonusu və təqəllüsünün zəifləməsi ilə nəticələnir.

Civə birləşmələrinin toksinlərinin xroniki təsirinin, sinir siteminin xüsusən onun vegetativ şöbəsinin pataloji prosesə cəlb olunduğundan sinapslarda ifraz olunan mediatorların ləngiməsi baş verir. Bu özünü əsasən asetil xolin və ütreraza fermentlərinin diskordinasiyasına gətirib çıxarır. Bəzi şəxslərdə astenovegetativ pozğunluqlardan şiddətli tərləməni, narahatlılığı, ruhi pozğunluğu, baş ağrısını, baş gicəllənməni, yuxusuzluluğu, yaddaş zəifliyini və həddindən artıq qıcıqlanma nəticəsində emosional gərginliyi göstərmək olar. [3]

Ürək-damar sistemi tərəfindən təzyiqinin mütəhərrikliliyi, ürək tonlarının karlaşması fonunda nəbzin tezləşməsi müşahidə olunur. Taxikardiya və taxiopnoye nəticəsində ürəyin dilatasiyası fonunda xəstələrdə təngənəfəslik və fiziki məşğuliyyət zamanı tez yorğunluq baş verir. Ağız boşluğu orqanından diş ətinin qinqiviti nəticəsində mütəmadi olaraq, onun qanaması nəzərə çarpır. [4]

Civə buxarları ilə zəhərlənmiş havanı nəfəs aldıqda respirator bronx və ağciyər sistemində də toksinlər nəzərə çarpan dəyişiklikləri əmələ gətirirlər. Bronxların müdafiə qabiliyyətini həyata keçirən kirpikli səyirici epitel hüceyrələrinin fəaliyyəti azalır. Bronx selikli qişasının ödemi və sərtləşməsi nəticəsində onun mənfəzinin kiçilməsi baş verir. Bu da absturiktiv bronxitin formalaşması ilə nəticələnərək aerogen hipoksiyaya səbəb olur. Proses inkişaf etdikcə bronxiolod əlamətləri də formalaşaraq diffuz sərtləşmə fonunda pnevmoskleroz və deformasiyalar baş verir ki, bu da ağciyər alveollarında sərtləşmə nəticəsində membranın keçiriciliyini pozaraq tənəffüs hipoksiyasına gətirib çıxardır. Aerogen və tənəffüs hipoksiyaları nəticəsində qanın O2-lə təhzicatı zəifləyir ki, sirkulyator hipoksemiya inkişaf edir. Bu əlamətlər, xüsusən, uşaqlarda daha da fəsadlı gedişli xarakter daşıyır. [5]

Zəhərli civə ionları qaraciyərin hepatosid hüceyrələrinə toksiki təsir edərək onların zülal sintezi və billurin mübadiləsinin tənzimini məhdudlaşdırır. Belə ki, qan ilə hüceyrələrə daxil olan zərərli qeyri-düz billurubinin qlükuron transferaza fermenti ilə konyuqasiyası pozularaq zərərsiz düz billurubinə çevrilməsi ləngiyir. Bu da qaraciyərin piqment mübadiləsinin pozulması ilə nəticələnir. Alanin transferaza (ALT) və aspargin transferaza (AST) fermentlərinin sintezinin pozulması ilə qaraciyərin fermentativ funksiyasını inaktivləşdirir. Proses öd ifrazının disxoliyası nəticəsində həzmin bağırsaqlarda normal fermentativ gedişatını ləngidir. Qaraciyərin strukturasında isə interstisial toxumanın ilkin mərhələlərdə  ödemi, terminal fazada isə sərtləşməsi baş verir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Baldwin D. R. Marshall W. J. "Heavy metal poisoning and its laboratory investigation", Annals of Clinical Biochemistry, 1999, vol. 36, no. 3, pp. 267–300.
2.Chen J. & Huang K. "A new technique for extraction of platinum group metals by pressure cyanidation",Hydrometallurgy, 2006, vol. 82, nos. 3–4, pp. 164–171.
3.Ariel E., Barta J., Brandon D. "Preparation and properties of heavy metals", Powder Metallurgy International, 1973, vol. 5, no. 3, pp. 126–129.
4.Н. К. Чертко Биологическая функция химических элементов. — Справочное пособие. — Минск, 2012. — 172 с. — ISBN 978-985-7026-39-5.
5.Bánfalvi G. Heavy metals, trace elements and their cellular effects", in G. Bánfalvi (ed.), Cellular Effects of Heavy Metals, Springer, Dordrecht, 2011, pp.  3–28.


Müəlliflər:
A.A. Rüstəmov

Digər jurnal və qəzetlər