KÖRPƏLƏRİN HƏYATININ MÜXTƏLİF DÖVRLƏRİNDƏ MALİK OLDUQLARI QABİLİYYƏT VƏ BACARIQLARA MÜXTƏLİF XƏSTƏLİKLƏRIN MÜMKÜN TƏSİRLƏRİ

09-07-2021

Uşaqların yaşı, inkişaf mərhələri və uşağın inkişafını necə nəzarətdə saxlamaq lazımdır kimi nüanslar bir çox valideynləri, pediatrları, təlim-tərbiyə və təhsil mütəxəssislərini çox maraqlandırır. Müvafiq nüanslara dair sualları cavablandıra bilmək üçün uşaq inkişaf üzrə mütəxəssislər bir sıra “yol xəritəsi”, sxemlər və üsullar təkmilləşdirmişlər ki, onların da əsasını aşağıdakı açar rolunu oynayan parametrlər müəyyən edir: (1) fiziki inkişaf, (2) koqnitiv inkişaf, (3) dil inkişafı və (4) sosial-emosional inkişaf. Bu parametrlərə daxil edilə biləcək müxtəlif bacarıq və qabiliyyətlər siyahısı müxtəlif qurumlar tərəfindən təklif edilən variantlarda müxtəliflik nümayiş etdirə bilər [1,2,3]. Məsələn, ABŞ-da Boston Uşaq Hospitalından olan mütəxəssislər yuxarıda qeyd edilən 4 parametrlərə 728 fərqli bacarıq və qabiliyyət adı daxil edə biliblər ki, bunlardan 40 ədədi vacib hesab edilib [4,5,6,7].

Bəzi bacarıq və qabiliyyətlər vardır ki, uşaqlar müəyyən yaş dövrlərində onları icra edə bilməli və onlara malik olmalıdır. Doğumdan 18 aylığa kimi dövr uşağın böyüməsinin və inkişafının dərindən getdiyi, fiziki ölçülərinin sürətlə dəyişikliyə uğradığı dövrü əhatə edir. Bu dövrdə mütəxəssislər uşaqlara çoxlu sözlər deməyi və onlara “danışmağı” tövsiyə edir. Çünki, müvafiq inkişaf dövründə körpənin valideynlərinin səsini eşitməsi onun kommunikasiya qabiliyyətlərinin inkişafında rola malikdir. Bundan başqa, bu dövrə dair aşağıdakı tövsiyələri də vermək olar (cədvəl 1) [8];

-Körpəniz oyaq olduqda və onun yanından kənarlaşmamaq şərtilə onu gündə bir neçə dəfə qısa müddətli olmaqla qarnı üstə uzatmaq lazımdır. Bu körpənin boyun və kürək əzələlərinin güclənməsində rola malikdir.

-Körpə ağlayarkən mütləq şəkildə ona reaksiya verilməlidir. Ağlayan körpəni qucaqlamaq və rahatlaşdırmaq valideynlər uşaq arasında bağların möhkəmlənməsinə yardım edir.

Yaşı 18 ay-2 il arasında tərəddüd edən uşaqların da yuxuya ehtiyacı yüksək olaraq qalır. Onlar yaxşı qidalanmalı və öz sevdikləri valideynləri ilə birlikdə uzun vaxt keçirtməlidir. Sitl Uşaq Hospitalının mütəxəssisləri uşağın vaxtında böyümə və inkişafının arzuolunan şəkildə davam etməsi üçün etibarlı, qidalanmanı düzgün təmin etmək üçün aşağıdakı tövsiyələri vermişdir (cədvəl 2) [8, 9, 10];

-Övladınızın təhlükəsiz və özülünün düzgün qoyulması üçün qanun-qaydalar və rituallar təşkil edir.

-Öz evinizi və həyətinizi uşaqlarının təhlükəsiz şəkildə ətrafı tədqiq etməsi üçün mühafizə edin

 


Cədvəl  № 1.

xtəlif parametrlər üzrə 0-18 aylıq rpərin ay intervalları üzrə malik olmalı olduqları bacarıq qabiliyyətlərin mkün siyahısı, inkişaf dvəli [8].

Parametrlər və aylar üzrə bacarıq və qabiliyyətlər.

1-3 ay

4-6 ay

5-9 ay

9-12 ay

12-18 ay

Koqnitiv

Obyektlərə və insanların üzlərinə maraq göstərir.

Təkrar hərəkətlərdən yorula bilir.

Ailəyə aid insanların üzünü tanıyır.

Musiqi duyumu formalaşmağa başlayır.

Sevgi və təsir edici əlamət və hərəkətlərə reaksiya verir.

Əllərini ağzına salır. 

Əşyaları bir əlindən digərinə keçirə bilir.

Yerə düşən əşyalar dönüb baxır.

Gizlədilmiş əşyaları axtarır

 

Qaşıq və s. kimi əsas əşyalarla necə davranmalı olduğunu bilməlidir.

Bədənin müxtəlif hissələrinin adları ilə göstərə bilməlidir.

Sosial-emosional

Valideynlərinə və digər insanlara baxmağa çalışır.

İnsanlara gülümsəməyə başlayır.

Mimiki təzahürlərə və yaxud da üz ifadələrinə reaksiya verir.

İnsanlarla oynamaqdan xoşlanır.

Müxtəlif səs tonlarına müxtəlif reaksiyalar verə bilir.

Güzgülərdən xoşu gəlir.

Tanış olmayan yad insanları ayırd edə bilir.

Ailə nümayəndələrini tez-tez qucaqlamaq istəyə və digər insanlarla müqayisədə onlara üstünlük verə bilər.

Bir sıra sadə oyunları oynaya bilər.

“Qəzəblənə bilər”

Tanış olmayan özgə insanlara qarşı ağlamaqla reaksiya verə bilər.

Dil

“Mırıldamağa” və sait səsləri çıxartmağa başlayır.

Onunla “danışdıqda” sakitləşə bilir.

Müxtəlif ehtiyaclarını müxtəlif cür ağlamaqla bildirir.

“Səs-küy salmağa” və səsləri təqlid etməyə başlayır.

 

Gülür

Öz adlarının çağrılmasına reaksiya verir.

Saitlərə samit səslərini də əlavə etməyə başlayır.

Jestlər vasiəsilə unsiyyət yarada bilir.

Nəyisə göstərə bilir.

 

“Yox” yaxud “olmaz” sözünün mənasını anlayır

 

Jestləri və səsləri imitasiya edə bilir

Bir neçə söz bilir

 

“Yox” deyə bilir

 

Sağollaşa bilir

Hərəki-fiziki

Səs gələn tərəfə dönür.

 

Gözləri ilə obyektləri izləyə bilir.

Əşyaları tuta bilir.

Tədricən başını daha uzun müddət qaldıra bilir. longer periods

Əşyaları görə bilir və onlara can atır.

Qarnı üstə uzadıldıqda əllərini dayaya bilir.

Bir istiqamətdə yumarlana bilir

Dayaq olmadan oturmağa başlayır.

Ayaq üstə durduqda birdən yıxıla bilir.

Hər iki istiqamətdə yumarlana bilir

Ayaqüstə bir anlıq dayana bilir

 

İməkləyir

Ətrafdakı obyektlərdən tutaraq gəzməyə başlayır

Dəstəksiz ayaqüstündə dayana bilir.

Bir yaxud iki addım tullana bilir.

Bir fincan su içə bilir.

 

-Uşaqlara yol göstərmək və onları tərbiyə etmək üçün daha mötədil və nəzakətli yollardan istifadə edin. Uşaqda uzunmüddətli fiziki və emosional travma yaradacaq fiziki gec tətbiqi yolverilməzdir

-Uşağınızın söz ehtiyatını zənginləşdirmək üçün onun üçün musiqi züm-zümə edin, danışın və nağıl kitabları oxuyun

-Uşağınıza baxmağı başqa şəxsə həvalə etmişsinizsə onun uşağınızın ona münasibətini müəyyən etmək üçün uşağınızın hərəkətlərinə və tərbiyəsinə siz də fikir verməlisiniz

-Özünüzə fiziki və emosional olaraq fikir verin, çünki sizin kimi övladlarınızın da sizin sağlamlığınıza ehtiyacı vardır [11,12].

 

Cədvəl  № 2.

Müxtəlif parametrlər üzrə 18-24 aylıq körpələrin malik olmalı olduqları bacarıq və qabiliyyətlərin mümkün siyahısı, inkişaf cədvəli  [8, 9, 10].

 

 

18 aylıqda

24 aylıqda

Koqnitiv

Şəkilli kitablarda tanıdığı şəxslər və əşyaları göstərə bilir.

Ümumişlək əşyaların nə üçün istifadə edildiyini bilir.

 

Cızmaqaralar edir

“Ayaqüstə dur!” kimi birmərhələli əmrləri icra edə bilir.

Oyuncaq bloklardan qalalar “tikə” bilir.

Sadə iki-hissəli təlimatları icra edə bilir.

Digər uşaqlarla qrup şəklində şəkil çəkməyi və rəngləmələri xoşlayır

Məntiq oyunlarını xoşlayır.

Sosial-emosional

Oyuncaqları yığışdırmaq və s. kimi işlərin həyata keçirilməsində yardım edə bilər.

Nailiyyətləri ilə fəxr edir

Özünü güzgüdə tanıyır

Valideynləri ilə birlikdə ətrafı kəşf edə bilir

Birlikdə oynamağı xoşlayır

“Əyləş”  və “bura gəl” kimi təlimatlara cavab verə bilər.

 

Dil

Bir neçə söz bilir

 

Bir neçə istiqaməti izləyə bilir

Qısa nağılları və kiçik musiqi parçalarını xoşlaya bilir.

Bir neçə sadə suallar verə bilir

Bir çox əşyaların adlarını bilir.

2 sözlü qısa cümlələrdən istifadə edir.

Tanış insanların adını deyir.

Hərəki-fiziki

Əynini geyinməyə yardımçı ola bilir. 

Qaçmağa başlayır.

Stəkandan mayeləri qəbul edə bilir.

Qaşıqla yemək yeyə bilir.

Əlində oyuncağını tutaraq qaça bilir.

Rəqs edə bilir

Stulda əyləşə bilir

Qaça bilir

Tullana bilir 

Pəncə üstündə dayana bilir 

Düz xətt və dairə çəkə bilir. 

Topu ata bilir

Pilləkənləri qalxa bilir.

 

Uşaqların həyatlarının bu və ya digər dövründə keçirdikləri müxtəlif xəstəliklər və patologiyalar həmin dövrlərdə onların əldə etməli olduqları qabiliyyət və bacarıqlara da öz təsirlərini göstərə bilər [13,14]. Bir çox tədqiqatlar körpəlik və uşaqlıq dövrlərində keçirilmiş xəstəliklərin və yaşayış şəraitinin onun həyatının sonrakı dövrlərində xəstələnmə göstəricisinə təsirlərə malik olduğunu göstərmişdir. Bu baxımdan bir sıra xüsusi etioloji amillərin rolları mübahisə mövzusu olsa da, tədqiqatlar müvafiq təsirlərin qidalanma, fərdin yoluxucu xəstəliklərə və ətraf mühitin toksiniki amillərinin təsirlərinə məruz qalması, ətraf mühit, sosial-iqtisadi vəziyyətdən asılı olduğunu da göstərmişdir [15]. Bəzi müəlliflər xroniki xəstəliklərin hamiləlik və ya erkən körpəlik dövründə proqramlaşdırıldığını irəli sürdüyü halda, digər qrup müəlliflər isə fərdin həyatı boyunca mənfi amillərin təsirinə məruz qalmanın kumulyasiya edərək sonra fərdin xroniki xəstələnmə hallarına yol açdığını düşünməkdədir [12,16]. Buna baxmayaraq, əksər sosial elmlər və sosial-epidemioloji tədqiqatlar əsasən yetkin şəxslərin həyat şərtləri, xüsusilə onların sosial-iqtisadi vəziyyəti, yaşlı şəxslərdə xəstəliklərin yayılması və ölüm göstəriciləri arasında yaysa da körpəlik dövründə keçirilmiş müxtəlif sistem xəstəliklərinin yetkin şəxslərdə xəstələnmə göstəricilərinə və həyat keyfiyyəti göstəricilərinə təsirlərinə dair tədqiqatlar barmaqla sayılacaq dərəcədə azdır. Bundan başqa, müxtəlif körpəlik dövründə və bətndaxili dövrdə keçirilmiş infeksiyalar və xəstəliklərin həyatın sonrakı dövrlərində baş verəcək patoloji hallar, qabiliyyət və bacarıqlara təsirlərinin öyrənilməsi aktual mövzunu əhatə edir [10,17]. Müvafiq istiqamətdə aparılacaq tədqiqatların nəticələri gələcəkdə uşaqların sosial-emosional inkişafı proqramlarının hazırlanması, onların qidalanması və s. kimi parametrlər üzrə səhiyyənin təkmilləşdirilməsi və təşkil baxımından əhəmiyyətli ola bilər.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Smith, G.D., S.Leary, A.Ness, and The ALSPAC Study Team. “Could Dehydration in Infancy Lead to High Blood Pressure?” Journal of Epidemiology and Community Health 60:142-143. 2013.
2.Бакиева, Н.З. Гребнева Н.Н. Антропо–физиологическая характеристика детей предшкольного возраста // Вестник Тюменского государственного университета. – 2011. – № 6. – С. 116–122.
3.Л.С.Намазова–Баранова. Заболеваемость детей в возрасте от 5 до 15 лет в Российской Федерациит // Медицинский совет. – 2014. – № 1. – С. 6–10.
4.Зайцева, Н.В., Устинова О.Ю. Риск–ассоциированные нарушения здоровья детей и подростков: оценка, профилактика, коррекция // Вопросы школьной и университетской медицины и здоровья. – 2016. – № 1. – С. 20–25.
5.Garcia–Olive. Association between environmental factors and hospitalisations for bronchiectasis in Badalona, Barcelona, Spain (2007–2015) // Medicina Clinica (English Edition). – 2018. – Vol. 150. – № 7. – P.257–261.|
6.Fogel, R. W. New sources and new techniques for the study of secular trends in nutritional status, health, mortality and the process of aging. Historical Methods, 26, 5-43, 2014.|
7.Forsdahl, A. Are poor living conditions in childhood and adolescence an important risk factor for arteriosclerotic heart disease?. British Journal of Preventive Social Medicine, 2016, 31, 91-95,
8.Gliksman, M. D., Kawachi, I., Hunter, D., et al. Childhood socioeconomic status and the risk of cardiovascular disease in middle aged U.S. women: A prospective study. Journal of Epidemiology and Community Health, 2014, 49, 10-15.
9.Smith James P. The Impact of Childhood Health on Adult Labor Market Outcomes. The Review of Economics and Statistics. 2018;91(no. 3):478–89.
10.Smith James P., Smith Gillian C. Long-term Economic Costs of Psychological Problems during Childhood. Social Science and Medicine. 2010;71(no. 1):110–15.
11.Currie Janet. Child Health and Young Adult Outcomes. Journal of Human Resources. 2010;45(no. 3):517–48. Others.
12.Fogel Robert W. Changes in the Physiology of Aging during the Twentieth Century. National Bureau of Economic Research; Cambridge, Mass.: 2005. Working Paper 11233.
13.World Health Organization . Global Health Risks: Mortality and Burden of Disease Attributable to Selected Major Risks. Geneva: 2009.
14.Deaton Angus. Instruments, Randomization, and Learning about Development. Journal of Economic Literature. 2010;48(no. 2):424–55.
15.Whincup Peter H. Birth Weight and Risk of Type 2 Diabetes: A Systematic Review. JAMA. 2008;300(no. 24):2886–97. others.|
16.James AACJ, Soler A, Weatherall RRW. Cognitive Behavioural Therapy for Anxiety Disorders in Children and Adolescents. Cochrane Database of Systematic Reviews. 2012;(Issue 4) Article CD004690.|
17.Hetrick SE. Selective Serotonin Reuptake Inhibitors (SSRIs) for Depressive Disorders in Children and Adolescents. Cochrane Database of Systematic Reviews. 2015;(Issue 3) others. Article CD004851. 


Müəlliflər:
S.N. Rüstəmova

Digər jurnal və qəzetlər