İKİNCİLİ DEFORMASİYANIN ƏMƏLƏ GƏLMƏSİNƏ PARODONT XƏSTƏLİKLƏRİNİN TƏSİRİ

19-09-2022

Açar sözlər: diş sıralarının ikincili deformasiyaları, parodont xəstəlikləri.

Xülasə Parodont xəstəliklərinin səbəbindən yaranan diş sıralarının ikincili deformasiyalarının növlərini təyin edilməsidir. Diş sıralarının xarakterini müəyyən edərək demək olar ki, uyğun olan deformasiyaların müxtəlif növləri və dişlərin yelpinc şəkilli  ayrılması ən çox yayılmışdır. Uyğun olanlardan dişlərin  əyilməsi, fırlanması və dişlərin müxtəlif variantlarda yelpincşəkilli  ayrılması vəziyyəti üstünlük təşkil edir.

Diş-çənə deformasiyalarının əmələ gəlmə  tezliyi bu günə qədər bir çox tədqiqatçıların diqqətini cəlb etmişdir[1].Ədəbiyyatda bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən bu cür  patologiyaların yayılması haqqında məlumatlar mövcuddur ki, bu da nəinki müşahidələrin müddətindən,həm də bir çox başaqa fiziloji və sosial faktorlardan asılıdır[2,3,4].Müxtəlif dişlərin çəkilməsi zamanı diş-çənə sistemində müəyyən dişlərin fərqli istiqamərlərdə yerdəyişməsi , alveolyar çıxıntının sümük toxumasının atrofiya və ya hipertrofiyası kimi bir çox morfofunksional pozulmalar müşahidə edilə bilər[5,7,].Sümük strukturunda pozulmalar nəinki çəkilmiş dişlər nahiyyəsində ,həmçinin onların antoqonisti və hətta çənənin əks tərəfinin intakt dişləri nahiyyəsində də müşahidə olunur ki,bu da qeyd edilən patologiyanın ortopedik müalicəsini aktual edir( [6,8]. 

       Diş çənə sisteminin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, çeynəmə zamanı  və udqunmada diş sıralarının qapanması anında hər dişin parodontu güc yükünü alır, hansı ki, normal şəraitdə amortizasiya,  transformasiya edir və çənələrin sümük toxumalarına, gicgah-çənə oynağına və kəlləyə ötürülür.          Parodontun zəyifləməsi nəti-cəsində adi oklüzion təzyiq onun quruluşunun tolerantlığını ötüb keçir  və inkişafı stimullaşdırıcı amildən zədələciyə çevrilir. Gələcəkdə ikincili deformasiyaların əmələ gəlməsində aparıcı rol oynayan travmatik oklüziya yaranır[9].  Tədqiqatımızın məqsədi parodont xəstəliklərinin  səbəbindən əmələ gələn diş sıralarının ikicili deformasiyalarının növlərinin təyin edilməsi olmuşdur.

Tədqiqatların materialları və metodları:Biz  519  xəstələri müayinə etmişik. Parodont xəstəliklərinin  səbəbindən yaranan diş sıralarının ikincili deformasiyalarını aşkar etmişik. Aşkar etdiyimiz diş sıralarının ikincili deformasiyalarını sistematizasiya, təhlil edərək , növlərə görə bölmüşük.

Nəticələr və onların müzakirəsi:Alınmış nəticələri aşağdakı tərzdə bölmüşük (cədvəl 1).

Cədvəl  № 1.

Diş sıralarının  parodont xəstəliklərinin  səbəbindən yaranmış ikincili deformasiyalarının növləri:

Deformasiyaların növləri

Kişi

Qadın

cəmi

 

 

 

Dişlərin yelpinc-şəkilli ayrılması      (protruziya)

1

1,75

2

Dişlərin sıx yerləşməsi

-

 

1

Dişlərin əyilməsi

2

3,50

3

Diastema, trema

1

1,75

1

Dişin öz oxu ətrafında fırlanması

1

1,75

2

Dişlərin korpus yerdəyişməsi

1

1,75

1

Supraoklüziya

2

3,50

2

İnfraolküziya

1

1,75

1

Diş sırasının bir nahiyəsinin yerdəyişməsi

-

 

-

Cəm deformasiyaları

3

5,3

32

 


Cədvəl  № 2.

Parodont xəstəliklərinin səbəbindən yaranmış diş sıralarının cəm deformasiyaları .

Deformasiyaların növləri

Kişi

Qadın

Cəmi

miqdarı

%

miqdarı

%

miqdarı

%

Dişlərin yelpinc-şəkilli ayrılması və əyilməsi

1

1.75

5

8,77

6

10,52

Dişlərin yelpinc-şəkilli ayrılması və fırlanması

 

 

1

1,75

1

1,75

Dişlərin yelpinc-şəkilli ayrılması və korpus yerdəyişməsi

-

-

2

3,5

2

3,5

Dişlərin yelpinc-şəkilli ayrılması və supraoklüziya

1

1.75

2

3,5

3

5,25

Dişlərin yelpinc-şəkilli ayrılması və inrfaoklüziya

-

-

1

1,75

1

1,75

Dişlərin əyilməsi və fırlanması ilə yelpinc-şəkilli ayrılması

1

1.75

3

5,26

4

7,01

Fırlanma və korpus yerdəyişməsilə yelpinc-şəkilli ayrılma

-

-

 

 

 

 

Fırlanma və supraoklüziya ilə yelpinc-şəkilli ayrılma

1

1.75

3

5,26

4

7,01

Əyilmə və infraoklüziya ilə yelpinc-şəkilli ayrılma

-

-

2

3,5

2

3,5

Fırlanma və inraoklüziya ilə yelpinc-şəkilli ayrılma

-

-

3

5,26

3

5,26

Diastema və trema ilə dişlərin sıxlığı

-

-

2

3,5

2

3,5

Dişlərin korpus yerdəyişməsilə sıxlığı

-

-

1

1,75

1

1,75

Dişlərin əyilməsilə sıxlığı

2

3.50

3

5,26

5

8,76

Diş sırasının bir nahiyəsinin yerdəyişməsilə sıxlığı

 

-

 

 

 

 

Dişlərin fırlanması ilə əyilməsi

2

3.50

3

5,26

5

8,76

Dişlərin korpus yerdəyişməsilə əyilməsi

-

-

3

5,26

3

5,26

Dişlərin supraoklüziyası və infraoklüziyası  ilə əyilməsi

2

3.50

2

3,5

4

7,01

Diastema, trema və dişlərin korpus yerdəyişməsi

1

1.75

3

5,26

4

7,01

Korpus yerdəyişməsilə dişin fırlanması

-

-

2

3,5

2

3,5

Supra və ifraoklüziyalarla dişlərin fırlanması

-

-

2

3,5

2

3,5

Ayrı-ayrı yerləşən dişlərin supra və infraoklüziyaları

1

1.75

2

3,5

3

5,25

 

Cədvəl 1 təqdim olunmuş məlumatlar xəbər verir ki, parodont xəstəlikləri səbəbindən yaranmış diş sıralarının ən yayılmış ikincili deformasiyaları uyğun olanlardır. Onlar 57 nəfərdən 35-də aşkar edilmişdir  və bu kişilər arasında 61 (45%), qadınlar arasında isə 32 (56,14%) təşkil etmişdir, 3 (5,25%) nəfərdə dişlərin yelpinc – şəkilli ayrılması olmuşdur, onlardan 1 (1,75%) kişidə və 2 (3,50%) qadınlarda idi. 5 (8,8%) nəfərdə dişlərin əyilməsi qeyd olunmuşdur, onlardan  2 (3,50%) kişilərdə və 3 (5,25%) qadınlarda idi.

Nadir hallarda dişlərin öz oxu ətrafında fırlanmaı 3 (5,25%) nəfərdə qeyd olunmuşdur, onlardan 1 (1,75%) kişi və 2 (3,50%) qadınlar idi. 2 pasiyentdə (3,5%) –onlardan   1 (1,75%) kişi və 1 (1,75%) qadında deastema və tremalar əmələ gəlmiş-dir.

Həmçinin 6 (10,5%) nəfərdə supra və infraoklüziyalar aşkar edimişdir, onlardan 3 (5,25%) qadın və 3 (5,25%) kişi idi, və 2 (3,5%) nəfərdə dişlərin korpus yerdəyişməsi qeyd edilmişdir, onlardan 1 (1,75%) kişi və 1 (1,75%) qadın idi. 1 (1,50%) nəfərdə dişlərin sıx yerləşməsi qeyd edilmişdir.

Beləliklə, diş sıralarının ən tez-tez rast gəlinən  deformasiya növləri uyğun olanlardır. Bu səbəbdən onları nəzərdən keçirməyi və təhlil etməyi məqsədəuyğun hesab edirik.

       Cədvəl 2 təqdim olunan materialdan qeyd etmək olar ki, digər deformasiyalarla dişlərin yelpinc-şəkilli ayrılmasının birgə olması tez-tez rast gəlinir. Bu patologiyanı biz 19 (33,33%) hallarda müşahidə etmişik, hansı ki, 3(5,25%) kişi və 16 (28,07%) qadınlarda qeyd olunub. Supraoklüziya və infraoklüziya ilə dişlərin əyilməsi 4 (7,0 %) nəfərdə olmuş, onlardan  2 (3,5%) kişi və 2 (3,5%) qadın idi.

Yekün

Diş sıralarının ikincili deformasiyalarını müayinə edərək demək olar ki, ən çox uyğun olan deformasiyaların müxtəlif növləri və dişlərin yelpinc-şəkilli ayrılması yayılmışdır. Uyğun olanlardan dişlərin yelpinc-şəkilli ayrılması əyilmə, fırlanma  və dişlərin müxtəlif variantlarda vəziyyətilə üstünlük təşkil edir.

 

*E-mail: [email protected]

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Коваленко А.Ф.,Варава Г.М. Механизм образования зубочелюстных деформаций после частичной потери зубов. Стоматология 2003г.№5 с.42-44
2.Жулев Е. Н. Клиника, диагностика и ортопедическое лечение заболеваний пародонта. / Жулев Е. Н. - Ниж. Новгород, НГМА, – 2003. –320 с.
3.Алимский A. B. Возрастные изменения зубочелюстной системы / A.B. Алимский // Российский стоматологический журнал: Научно-практический журнал. — М.: Медицина, 2004. — № 4. — С.26-29
4.Мащенко И. С. Биомеханическое моделирование несущей способности зуба при изменениях в тканях пародонта / И. С. Мащенко, О. В. Громов, А. Н. Чуйко // Современная стоматология. – №1 (21). – 2003
5.БезруковаИ.В.Агресивныеформыпародонтита./И.В.бузрукова,А.И.Грудианов ООО Медицинское информационное агенство.2002г.
6.Гаврилов Е. И. Атлас деформаций зубных рядов. / Гаврилов Е. И., Большаков Г. В. – Изд-во Саратовского университета, 1992. – С. 4. -134.
7.Золоторева Ю.Б.,Гусева И.Е Влияние окклюзионных нарушенй на течение воспалительного процесса в тканях пародонта. Стоматология 2001г, №4 с.21-24
8.Онопа Е.Н Распространенность деформаций зубных рядов у больных с частичным отсутствием зубов при различной степени стираемости.Современные проблемы науки и образования.2012,№4 URL: https://science-education.ru/ru/article/view?id=6469 (дата обращения: 05.03.2022). .
9.Пономарёва В. А. Механизмы развития и способы устранения зубочелюстных деформаций / Пономарёва В. А. – М., «Медицина», 1974. – 110 с.


Müəlliflər:
E.E. Babayev
M.Ə. Səfərov
G.E. Kərimova
İ.H. Mehmani
D.S. Əşrəfov

Digər jurnal və qəzetlər